2 Ekim 2014 Perşembe

ARZUOLUNMAZ TÜKLƏRƏ ‘’ YOX’’ DEYƏK.


Gözəl , zərif, hamar dəri arzusunda olan hər bir qadın arzuolunmaz tüklər problemi ilə qarşılaşır. Bədənin arzuolunmaz tüklərdən təmizlənməsi ilk dəfə Şərqdə yaranıb, bu təmizlik və gözəllik simvolu sayılıb. Sonradan Avropalı xanımlar da  bunu qəbul edib. Hazırda arzuolunmaz tüklərlə mübarizə üsulları günü-gündən artır və artıq nəyə və kimə inanacağımızı da bilmirik. Bugünkü mövzumuzda  tüklərdən azad olunmaq üçün istifadə olunan bütün üsulların müsbət və mənfi tərəfləri haqqında məlumat verməyə çalışacayıq.
Arzuolunmaz tüklərdən azad olunmağın 2 yolu var:
  1. Depilyasiya.
  2. Epilyasiya.


Depilyasiya zamanı tüklərdən müvəqqəti azad oluruq- yəni tük kökünə toxunulmur. Əsasən ev şəraitində aparılır və daha ucuz olur. Bunun aşağıdakı növləri var: ülgüc vasitəsilə, sapla, depilyator kremlə, isti mum vasitəsilə. Bu üsulların hamısında tük mexaniki olaraq qoparılır, lakin tük kökü heç bir dəyişikliyə uğramadığı üçün az bir müddətdən sonra tüklər yenə görünməyə başlayır və əvvəlkindən də qalın və cod şəkildə.




Epilyasiya zamanı isə tük kökünə şüa, dərmanlar  vasitəsilə təsir edildiyinə görə tük çıxması ləngiyir və 1-2 il müddətdən sonra isə tamamilə tük çıxmır. Müasir epilyasiyanın aşağıdakı növləri var:
  • Elektroepilyasiya.
  • Fotoepilyasiya.
  • Lazer epilyasiyası.
  • Ultrasəs epilyasiya.
  • Enzim epilyasiyası.
  • ELOS epilyasiya.


Elektroepilyasiya- zamanı  xüsusi iynə vasitəsilə tük kökünə elektrik verməklə kökün fəaliyyəti dayandırılır,lakin bunu professionallar yaxşı aparatla etməlidir. Proses ağrılı olsa da bir-neçə seansdan sonra tük çıxma dayanır. Elektroepilyasiyanı   hamilələr, damarlarında varikoz genişlənmə olanlar, dəri xəstəliyi, diabet  olanlar etdirə bilməz.
Elektroepilyasiyanın müsbət tərəfləri:
  • Tükün qalınlığı, rəngi və dəri rəngi fərqi yoxdur;
  • Digər epilyasiya növlərinə nisbətən ucuzdur;
  • Qoparılan tükün yerindən tük çıxmır ;
  • Arzuolunmaz tüklərdən birdəfəlik azad olursunuz.


Mənfi tərəfləri:
  • Ağrılı olur;
  • Proses vaxt baxımından uzun çəkir;
  • Tibbi baxımdan əks göstəriş var;
  • Allergik reaksiya, yanıq, ləkələr yarana bilər.





Fotoepilyasiya- zamanı işıq və istilik vasitəsilə tük soğanağına təsir göstərilir. Tünd rəngli, lakin zərif tükləri lazer epilyasiası ilə götürmək olmur bu zaman ən effektiv çözüm fotoepilyasiyadır. Fotoepilyasiya zamanı effekt o saat görünmür, lakin professional yanına gedilsə, müəyyən fasilələrlə  bir-neçə seansdan sonra 4-6 il həmin nahiyyədən tük çıxmır. Bu növ epilyasiyanı  bütün yaşda olan xanımlara, dəri və saç rəngi, tükün qalınlığı nəzərə alınmadan hamıya tətbiq etmək olar.
Fotoepilyasiyanın müsbət tərəfləri:
  • Çox da ağrılı olmaması;
  • Bütün dəri, tük rənginə  və tük qalınlığına uyğun olması;
  • 5-6 il həmin nahiyyədən tük çıxmaması.


Mənfi tərəfləri:
  • Qiyməti bahadır;
  • Piqment ləkələri yarana bilər.



Lazer epilyasiyası- yeni üsul olsa da artıq populyarlıq tapib. Bu növ epilyasiyada tük kökünə lazer şüası ötürməklə tük soğanağının  fəaliyyəti  dayandırılır. Lazer epilyasiyanın özünün də 2 növü var: Aleksandrit və Diodlu lazer. Diodlu lazer həm sarı, , həm qara tükləri, Aleksandrit lazer isə cod tükləri yox edir. Tamamilə zərərsizdir. Lazer epilyasiyası zamanı fəaliyyətdə olan tük soğanağı fəaliyyətini saxlayır. Epilyasiya zamanı tük tökülür və  4-6 həftə həmin yerdən tük çıxmır. Lakin bundan sonra  əvvəl aktiv  olmayan  tük kökləri fəaliyyətə  başlayır və biz 4-6 həftədən sonra getdikdə yeni fəaliyyətə başlamış tük soğanaqlarının fəaliyyətini saxlayırıq. Ümumiyyətlə  5-6  seansa tük çıxma dayanır. Bəzi insanlarda seans sayı arta bilər bu da orqanizmdən, tükün qalınlığından asılıdır.

Lazer epilyasiyasının  müsbət tərəfləri:
  • Ağrısız olması;
  • Dərini zədələmir;
  • Üzdə və həssas nahiyyələrdə belə istifadə etmək olar;
  • Allergik reaksiyası yoxdur;
  • 5-6 seansa tüklərdən birdəfəlik azad olmaq olar;
  • Bir seans çox vaxt aparmır


Mənfi tərəfləri:
  • Qiymət baxımından  bahadır.



Ultrasəs epilyasiya- xüsusi ultrasəs aparatı və xüsusi qel vasitəsilə tük soğanağına təsir deməkdir. Amma düşünməyin ki, siz bu yolla tüklərdən həmişəlik azad olacaqsınız. Ultrasəs epilyasiya ancaq tükün uzanma prosesini ləngidir. Nəticəni görmək üçün ayda 1 dəfə olmaqla 3-4 seansdan sonra tükün azaldığını görəcəksiniz. Əsasən əl və ayağın tükdən azad olunması zamanı bu növ epilyasiyadan istifadə olunur.
Ultrasəs epilyasiyanın müsbət tərəfləri:
  • Tükün rəngi, qalınlığı nəzərə alınmır;
  • Ağrı hissiyatı olmaması;
  • Seans müddətinin qısa olması.


Mənfi tərəfləri:
  • Hər 30-45 gündən bir mütamadi olaraq epilyasiya etdirmək;
  • Tüklərdən azad olunmur sadəcə uzanması zəifləyir.



Enzim epilyasiyası- yeni üsuldur. Bu zaman  salonda tük kökünə xüsusi  preparatlar əlavə olunur ki, bu preparat tükün strukturunu dağıdır. Beləliklə tük get-gedə nazikləşir, rəngi isə açılır. Üzdə istifadə olunmur, ancaq bədənin müxtəlif nahiyyələrində.
Müsbət tərəfi:
  • Birinci seansdan sonra tükün nazikləşdiyini görəcəksiniz.


Mənfi tərəfləri:
  • Tükdən həmişəlik azad olunmur;
  • Üzdə etmək olmaz;
  • Allergik reaksiya ola bilər.



ELOS epilyasiya- ən son epilyasiya növüdür. Özündə foto və elektro epilyasiyanı birləşdirir. İşıq və elektrik dalğası ikisi eyni vaxtda təsir göstərir- işıq tük kökünü isidir, elektrik dalğası isə soğanağı dağıdır. Bütün xanımlar üçün əlverişlidir- yəni tük və dəri rəngi nəzərə alınmır.
Müsbət tərəfləri:
  • Tam ağrısızdır;
  • Tük qalınlığı, rəngi nəzərə alınmır;
  • Tükləri birdəfəlik yox edir.
Mənfi tərəfləri:
  • Qiyməti bahadır;
  • Effekt görmək üçün bir-neçə seans keçmək lazımdır.





1 Ekim 2014 Çarşamba

PAYIZ-QIŞ FƏSLİNİN AYAQQABI TRENDLƏRİ.


Havalar soyumağa başlayan kimi hamımız qarderobumuzu yeniləməyin vaxtı çatdığını anlayırıq. Qarderobun  əsas elementi ayaqqabıdır.  Bu gün payız-qış  ayaqqabı dəbi haqda danışacayıq. 2014 ayaqqabı dəbi 60- cı illəri xatırladır. Ayaqqabı dəbinin trendləri aşağıdakılardır:
Böyük daban. Bu ilin ayaqqabı dəbində əsas trend böyük, enli, kobud və dəri ilə bəzədilmiş dabanlı ayaqqabılardır. Dabanın hündürlüyündə  isə fərq yoxdur. Ən məşhur brend ayaqqabılarda belə dabana rast gəlinir.






Uzun çəkmələr. Corab çəkmələr bu il dəbdədir, ancaq əsas uzunluqdur. Çəkmənin uzunluğu diz sümüyünə çatmalıdır. Materialda isə dəri ilə bərabər boyalı və zamuj dəbdədir.





Platforma və tanqetka ayaqqabı. Bu il yenə platforma  və tanqetka ayaqqabılar dəbdədir, ancaq platformda dekor istifadə olunmur.






Dabansız ayaqqabılar. Payız fəslində alçaqdaban və ya tam dabansız ayaqqabılar dara rahat olduğu üçün xanımlar belə ayaqqabıya daha çox üstünlük verir. Bu il də dabansız ayaqqabılar trendlər arasındadır.






Kvadrat burun ayaqqabılar. Bu payız belə ayaqqabılar da trenddir. Əsasən də kvadrat burunlu, sürünən dərisindən olan çəkmələr daha öndə olacaq.