2 Ekim 2014 Perşembe

ARZUOLUNMAZ TÜKLƏRƏ ‘’ YOX’’ DEYƏK.


Gözəl , zərif, hamar dəri arzusunda olan hər bir qadın arzuolunmaz tüklər problemi ilə qarşılaşır. Bədənin arzuolunmaz tüklərdən təmizlənməsi ilk dəfə Şərqdə yaranıb, bu təmizlik və gözəllik simvolu sayılıb. Sonradan Avropalı xanımlar da  bunu qəbul edib. Hazırda arzuolunmaz tüklərlə mübarizə üsulları günü-gündən artır və artıq nəyə və kimə inanacağımızı da bilmirik. Bugünkü mövzumuzda  tüklərdən azad olunmaq üçün istifadə olunan bütün üsulların müsbət və mənfi tərəfləri haqqında məlumat verməyə çalışacayıq.
Arzuolunmaz tüklərdən azad olunmağın 2 yolu var:
  1. Depilyasiya.
  2. Epilyasiya.


Depilyasiya zamanı tüklərdən müvəqqəti azad oluruq- yəni tük kökünə toxunulmur. Əsasən ev şəraitində aparılır və daha ucuz olur. Bunun aşağıdakı növləri var: ülgüc vasitəsilə, sapla, depilyator kremlə, isti mum vasitəsilə. Bu üsulların hamısında tük mexaniki olaraq qoparılır, lakin tük kökü heç bir dəyişikliyə uğramadığı üçün az bir müddətdən sonra tüklər yenə görünməyə başlayır və əvvəlkindən də qalın və cod şəkildə.




Epilyasiya zamanı isə tük kökünə şüa, dərmanlar  vasitəsilə təsir edildiyinə görə tük çıxması ləngiyir və 1-2 il müddətdən sonra isə tamamilə tük çıxmır. Müasir epilyasiyanın aşağıdakı növləri var:
  • Elektroepilyasiya.
  • Fotoepilyasiya.
  • Lazer epilyasiyası.
  • Ultrasəs epilyasiya.
  • Enzim epilyasiyası.
  • ELOS epilyasiya.


Elektroepilyasiya- zamanı  xüsusi iynə vasitəsilə tük kökünə elektrik verməklə kökün fəaliyyəti dayandırılır,lakin bunu professionallar yaxşı aparatla etməlidir. Proses ağrılı olsa da bir-neçə seansdan sonra tük çıxma dayanır. Elektroepilyasiyanı   hamilələr, damarlarında varikoz genişlənmə olanlar, dəri xəstəliyi, diabet  olanlar etdirə bilməz.
Elektroepilyasiyanın müsbət tərəfləri:
  • Tükün qalınlığı, rəngi və dəri rəngi fərqi yoxdur;
  • Digər epilyasiya növlərinə nisbətən ucuzdur;
  • Qoparılan tükün yerindən tük çıxmır ;
  • Arzuolunmaz tüklərdən birdəfəlik azad olursunuz.


Mənfi tərəfləri:
  • Ağrılı olur;
  • Proses vaxt baxımından uzun çəkir;
  • Tibbi baxımdan əks göstəriş var;
  • Allergik reaksiya, yanıq, ləkələr yarana bilər.





Fotoepilyasiya- zamanı işıq və istilik vasitəsilə tük soğanağına təsir göstərilir. Tünd rəngli, lakin zərif tükləri lazer epilyasiası ilə götürmək olmur bu zaman ən effektiv çözüm fotoepilyasiyadır. Fotoepilyasiya zamanı effekt o saat görünmür, lakin professional yanına gedilsə, müəyyən fasilələrlə  bir-neçə seansdan sonra 4-6 il həmin nahiyyədən tük çıxmır. Bu növ epilyasiyanı  bütün yaşda olan xanımlara, dəri və saç rəngi, tükün qalınlığı nəzərə alınmadan hamıya tətbiq etmək olar.
Fotoepilyasiyanın müsbət tərəfləri:
  • Çox da ağrılı olmaması;
  • Bütün dəri, tük rənginə  və tük qalınlığına uyğun olması;
  • 5-6 il həmin nahiyyədən tük çıxmaması.


Mənfi tərəfləri:
  • Qiyməti bahadır;
  • Piqment ləkələri yarana bilər.



Lazer epilyasiyası- yeni üsul olsa da artıq populyarlıq tapib. Bu növ epilyasiyada tük kökünə lazer şüası ötürməklə tük soğanağının  fəaliyyəti  dayandırılır. Lazer epilyasiyanın özünün də 2 növü var: Aleksandrit və Diodlu lazer. Diodlu lazer həm sarı, , həm qara tükləri, Aleksandrit lazer isə cod tükləri yox edir. Tamamilə zərərsizdir. Lazer epilyasiyası zamanı fəaliyyətdə olan tük soğanağı fəaliyyətini saxlayır. Epilyasiya zamanı tük tökülür və  4-6 həftə həmin yerdən tük çıxmır. Lakin bundan sonra  əvvəl aktiv  olmayan  tük kökləri fəaliyyətə  başlayır və biz 4-6 həftədən sonra getdikdə yeni fəaliyyətə başlamış tük soğanaqlarının fəaliyyətini saxlayırıq. Ümumiyyətlə  5-6  seansa tük çıxma dayanır. Bəzi insanlarda seans sayı arta bilər bu da orqanizmdən, tükün qalınlığından asılıdır.

Lazer epilyasiyasının  müsbət tərəfləri:
  • Ağrısız olması;
  • Dərini zədələmir;
  • Üzdə və həssas nahiyyələrdə belə istifadə etmək olar;
  • Allergik reaksiyası yoxdur;
  • 5-6 seansa tüklərdən birdəfəlik azad olmaq olar;
  • Bir seans çox vaxt aparmır


Mənfi tərəfləri:
  • Qiymət baxımından  bahadır.



Ultrasəs epilyasiya- xüsusi ultrasəs aparatı və xüsusi qel vasitəsilə tük soğanağına təsir deməkdir. Amma düşünməyin ki, siz bu yolla tüklərdən həmişəlik azad olacaqsınız. Ultrasəs epilyasiya ancaq tükün uzanma prosesini ləngidir. Nəticəni görmək üçün ayda 1 dəfə olmaqla 3-4 seansdan sonra tükün azaldığını görəcəksiniz. Əsasən əl və ayağın tükdən azad olunması zamanı bu növ epilyasiyadan istifadə olunur.
Ultrasəs epilyasiyanın müsbət tərəfləri:
  • Tükün rəngi, qalınlığı nəzərə alınmır;
  • Ağrı hissiyatı olmaması;
  • Seans müddətinin qısa olması.


Mənfi tərəfləri:
  • Hər 30-45 gündən bir mütamadi olaraq epilyasiya etdirmək;
  • Tüklərdən azad olunmur sadəcə uzanması zəifləyir.



Enzim epilyasiyası- yeni üsuldur. Bu zaman  salonda tük kökünə xüsusi  preparatlar əlavə olunur ki, bu preparat tükün strukturunu dağıdır. Beləliklə tük get-gedə nazikləşir, rəngi isə açılır. Üzdə istifadə olunmur, ancaq bədənin müxtəlif nahiyyələrində.
Müsbət tərəfi:
  • Birinci seansdan sonra tükün nazikləşdiyini görəcəksiniz.


Mənfi tərəfləri:
  • Tükdən həmişəlik azad olunmur;
  • Üzdə etmək olmaz;
  • Allergik reaksiya ola bilər.



ELOS epilyasiya- ən son epilyasiya növüdür. Özündə foto və elektro epilyasiyanı birləşdirir. İşıq və elektrik dalğası ikisi eyni vaxtda təsir göstərir- işıq tük kökünü isidir, elektrik dalğası isə soğanağı dağıdır. Bütün xanımlar üçün əlverişlidir- yəni tük və dəri rəngi nəzərə alınmır.
Müsbət tərəfləri:
  • Tam ağrısızdır;
  • Tük qalınlığı, rəngi nəzərə alınmır;
  • Tükləri birdəfəlik yox edir.
Mənfi tərəfləri:
  • Qiyməti bahadır;
  • Effekt görmək üçün bir-neçə seans keçmək lazımdır.





1 Ekim 2014 Çarşamba

PAYIZ-QIŞ FƏSLİNİN AYAQQABI TRENDLƏRİ.


Havalar soyumağa başlayan kimi hamımız qarderobumuzu yeniləməyin vaxtı çatdığını anlayırıq. Qarderobun  əsas elementi ayaqqabıdır.  Bu gün payız-qış  ayaqqabı dəbi haqda danışacayıq. 2014 ayaqqabı dəbi 60- cı illəri xatırladır. Ayaqqabı dəbinin trendləri aşağıdakılardır:
Böyük daban. Bu ilin ayaqqabı dəbində əsas trend böyük, enli, kobud və dəri ilə bəzədilmiş dabanlı ayaqqabılardır. Dabanın hündürlüyündə  isə fərq yoxdur. Ən məşhur brend ayaqqabılarda belə dabana rast gəlinir.






Uzun çəkmələr. Corab çəkmələr bu il dəbdədir, ancaq əsas uzunluqdur. Çəkmənin uzunluğu diz sümüyünə çatmalıdır. Materialda isə dəri ilə bərabər boyalı və zamuj dəbdədir.





Platforma və tanqetka ayaqqabı. Bu il yenə platforma  və tanqetka ayaqqabılar dəbdədir, ancaq platformda dekor istifadə olunmur.






Dabansız ayaqqabılar. Payız fəslində alçaqdaban və ya tam dabansız ayaqqabılar dara rahat olduğu üçün xanımlar belə ayaqqabıya daha çox üstünlük verir. Bu il də dabansız ayaqqabılar trendlər arasındadır.






Kvadrat burun ayaqqabılar. Bu payız belə ayaqqabılar da trenddir. Əsasən də kvadrat burunlu, sürünən dərisindən olan çəkmələr daha öndə olacaq. 


17 Eylül 2014 Çarşamba

SU İÇMƏNİN FAYDALARI VƏ ZAMANI...


Su içməyin yüzlərlə faydalarını saymaq olar, istər insan dərisi istər daxili orqanlar daim suya ehtiyac duyur. Məhz buna görədə su içmək üçün boğazımızın qurumasını gözləməli deyilik, çünki susuzluq duyğusu hüceyrələrin mayesiz qalmasından xəbər verir, hansıkı insan sağlamlığı üçün çox ziyanlıdır. Beləliklə həm gözəl dəri, həm də sağlamlıq üçün mütəxəsislər gün ərzində 1-2 litr su içməyi məsləhət görürlər. Bəs bunu gün ərzində necə planlaşdırmaq lazım olduğunu, indi öyrənərik.

Səhər tezdən oyanan kimi ayaqüstü 1-2 stəkan su içmək daxili orqanlar üçün çox faydalıdır, beləki bütün daxili üzvlərin aktivliyini stimullaşdırır, qanın qatılaşmasını azaldır, üstəlik qan dövranını yaxşılaşdırır. Günün digər saatlarında isə su oturaq vəziyyətdə içilməlidir.

Hər yeməkdən 30 dəqiqə əvvəl 1 stəkan su içmək həzm prosesinə olduqca faydalıdır, mədənin qidanı asanlıqla sovurmasına yardım edir. Yeməkdən sonra yarım saat ərzində su içmək isə həzm prosesinə mane olduğuna görə heç məsləhət görülmür.

Hər gün günorta saat 2-3 də 2 stəkan su içmək bədənin və beynin yenilənməsinə səbəb olur.

Vanna qəbul etməzdən öncə 1 stəkan su yüksək qan təzyiqinin aşağı düşməsinə yardım edir.

Yatmazdan öncə 1 stəkan su içmək infaktın və iflicin qarşısını alır, üstəlik yatdığımız zaman bədənimiz su istifadə etdiyi üçün növbəti günə susuzluq duyğusu ilə oyanırıq, yatmazdan öncə qəbul etdiyimiz su bədəni mayesizlikdən qoruyur və daha rahat yuxu yatmağımıza yardim edir.

24 Haziran 2014 Salı

YARADICI DIRNAQ BOYANMASI...


Dırnaqlarda gözəl şəkillər çəkmək dəbdədir, lakin hər zaman salona getməyə vaxt tapmırıq. Bugün sizə ev şəraitində dırnaqlara gözəl şəkillər çəkmək haqqında bir –neçə məsləhət verəcəyik. Bunun üçün iynə, yapışdırıcı lentdən, dırnaq üçün olan yapışdırıcıdan, süngərdən, qəzetdən  istifadə edə bilərsiniz.
Yapışdırıcı lent vasitəsilə: əvvəldən yapışdırıcı lenti dırnağınıza yapışdırın və bir-neçə dəqiqədən sonra qopardın. Əgər asanlıqla qopursa və dırnaqda ləkə qalmırsa deməli işinizə yarayır.İlk öncə dırnağınıza açıq rəng dırnaq boyası vurub qurumağını gözləyin sonra yapışdırıcı lentdən nazik kəsimlər edib istədiyiniz formada dırnağınıza yapışdırın. Daha sonra hansı rəng dırnaq boyası istəyirsinizsə onu çəkib qurumasını gözləyin. Tam quruduqdan sonra lenti dırnağınızdan  yavaşca qopardın. Yapışdırıcı lentdən istifadə edərək xəttlər, günəş şüaları, müxtəlif fiqurlar, şahmat  taxtası şəkə bilərsiniz. Bundan əlavə kənarda formanı çəkib onu trafaret kimi istifadə də edə bilərsiniz.





Qəzet vasitəsilə: Bunun üçün köhnə olmayan qəzet lazım olacaq.Dırnağınıza ya ağ, ya da açıq rəngdə dırnaq boyası çəkin və qurumasını gözləyin. Qəzetdən 10 dənə hissə kəsin və kəsilmiş hissəni spirt ya da araq vasitəsilə isladın və tez dırnağınıza yapışdırın və spirtin buxarlanmasını gözləyin. Daha sonra dırnağınızdan ehtiyatla qopardın.




Süngər vasitəsilə: Bunun üçün iki rəng boya və süngər  lazımdır. Əvvəl dırnağa açıq rəng dırnaq boyası çəkilir və quruması gözlənilir. Daha sonra balaca qaba az miqdarda ikinci rəng dırnaq boyası tökülür və süngəri qabdakı boyaya batırıb tez dırnağımıza çəkirik. Lakin unutmayın ki, süngəri  dırnağın orta hissəsində asta, uc hissədə güclü basmaq lazımdır ki, rəng tünd olsun.









İynə vasitəsilə: Ən çox yayılmış metod budur, çünki fantaziyanızdan asılı olaraq müxtəlif şəkillər çəkə bilərsiniz. Əsas onu bilməlisiniz ki, fon olaraq müəyyən rəng dırnaq boyası çəkilir və quruması  gözlənilir. Sonra üzərinə başqa rəng boyadan bir-naçə damcı  vurulur və iynə ilə müəyyən naxışlar yaradılır, amma bunu boya qurumamış etmək lazımdır.