24 Haziran 2014 Salı

YARADICI DIRNAQ BOYANMASI...


Dırnaqlarda gözəl şəkillər çəkmək dəbdədir, lakin hər zaman salona getməyə vaxt tapmırıq. Bugün sizə ev şəraitində dırnaqlara gözəl şəkillər çəkmək haqqında bir –neçə məsləhət verəcəyik. Bunun üçün iynə, yapışdırıcı lentdən, dırnaq üçün olan yapışdırıcıdan, süngərdən, qəzetdən  istifadə edə bilərsiniz.
Yapışdırıcı lent vasitəsilə: əvvəldən yapışdırıcı lenti dırnağınıza yapışdırın və bir-neçə dəqiqədən sonra qopardın. Əgər asanlıqla qopursa və dırnaqda ləkə qalmırsa deməli işinizə yarayır.İlk öncə dırnağınıza açıq rəng dırnaq boyası vurub qurumağını gözləyin sonra yapışdırıcı lentdən nazik kəsimlər edib istədiyiniz formada dırnağınıza yapışdırın. Daha sonra hansı rəng dırnaq boyası istəyirsinizsə onu çəkib qurumasını gözləyin. Tam quruduqdan sonra lenti dırnağınızdan  yavaşca qopardın. Yapışdırıcı lentdən istifadə edərək xəttlər, günəş şüaları, müxtəlif fiqurlar, şahmat  taxtası şəkə bilərsiniz. Bundan əlavə kənarda formanı çəkib onu trafaret kimi istifadə də edə bilərsiniz.





Qəzet vasitəsilə: Bunun üçün köhnə olmayan qəzet lazım olacaq.Dırnağınıza ya ağ, ya da açıq rəngdə dırnaq boyası çəkin və qurumasını gözləyin. Qəzetdən 10 dənə hissə kəsin və kəsilmiş hissəni spirt ya da araq vasitəsilə isladın və tez dırnağınıza yapışdırın və spirtin buxarlanmasını gözləyin. Daha sonra dırnağınızdan ehtiyatla qopardın.




Süngər vasitəsilə: Bunun üçün iki rəng boya və süngər  lazımdır. Əvvəl dırnağa açıq rəng dırnaq boyası çəkilir və quruması gözlənilir. Daha sonra balaca qaba az miqdarda ikinci rəng dırnaq boyası tökülür və süngəri qabdakı boyaya batırıb tez dırnağımıza çəkirik. Lakin unutmayın ki, süngəri  dırnağın orta hissəsində asta, uc hissədə güclü basmaq lazımdır ki, rəng tünd olsun.









İynə vasitəsilə: Ən çox yayılmış metod budur, çünki fantaziyanızdan asılı olaraq müxtəlif şəkillər çəkə bilərsiniz. Əsas onu bilməlisiniz ki, fon olaraq müəyyən rəng dırnaq boyası çəkilir və quruması  gözlənilir. Sonra üzərinə başqa rəng boyadan bir-naçə damcı  vurulur və iynə ilə müəyyən naxışlar yaradılır, amma bunu boya qurumamış etmək lazımdır.
  












Hiç yorum yok:

Yorum Gönder