İnsanın xasiyyəti haqqında demək olar ki,
bütün orqanları məlumat verir. Bugün göz rəngi xasiyyətiniz barədə nə dediyini
öyrənəcəyik. Göz rənginin intensivliyi nə qədər çox olursa aşağıda verilən
xasiyyət göstəriciləri də o qədər bəlirgin olur.
Tünd qəhvəyi (qara) gözlər: Bu rəng gözlərə sahib qadınlar
enerjili, temperamentli, diqqət mərkəzində olmağı xoşlayırlar. Çox güclü
xanımlar olurlar. Yaxşı təşkilatcılıq qabilyyətinə malik xanımlardır. Söhbətcil
olduqlarına görə asanlıqla dostluq münasibətləri qura bilirlər. Qısqanc olub,
lakin bunu gizləməyə çalışırlar. Seçilməyi xoşlayırlar. Kiminsə tərəfindən
onlara qarşı təzyiq olunmasına nifrət edirlər.
Açıq qəhvəyi
(şabalıdı ) gözlər: Bu
rəng gözlərə sahib xanımlar küsəyən, qapalı, utancaq olurlar.Xəyalpərəstdirlər, arzuladıqlarını etməsələr də xəyallarla yaşayırlar. Həlim, üzüyumşaq görünsələr
də bildiklərini edərlər. Ən çətin tapşırıqların belə öhdəsindən asanlıqla gələ
bilirlər.
Yaşıl gözlər: Bu rəng
gözlü xanımlar iddialı, məqsədyönlü olurlar. Bəzən bu məqsədyönlülük tərsliyə də çevrilir.
Yaxşı intuisiya qabiliyyətinə malikdirlər.Onlar üçün əsas öz düşündükləridir.
Yaxınlarının fikri ikinci dərəcəlidir. Qohum – qonşuların fikri isə onlar üçün
maraqlı deyil. Onlar ailə həyatı qurmaq üçün şahzadə gözləyirlər.
Mavi gözlər: Belə xanımlar həddən artıq emosional və romantic olurlar. Tez küsəyən olub və gec barışlar. Əhval – ruhiyyələri tez- tez
dəyişir. Depressiyaya düşməyə meyllidirlər. Düşdükləri yeni şəraitə tez adaptasiya olurlar.
Göy gözlər: Göygözlü xanımlar cazibədar və hisslərilə
yaşayan olurlar.Sevdikdə və nifrət etdikdə belə hisslərini sonuna qədər
yaşayırlar. Birini sevmədikdə və ya onun səhv hərəkətini gördükdə dava
salırlar. Konflikt onların həyatının
ayrılmaz hissəsidir. Subyektiv fikir bildirirlər, çünki ağılla yox hisslərilə
düşünürlər.
Boz gözlər: Bu rəng gözlərə sahib xanımlar düşüncəlı, maraqlı, ayaqları üstündə durmağı bacaran şəxslərdir. Onlar hər şeyı ağılla edir hisslərilə yox. Əgər onların işlədikləri sfera ağılla bağlıdırsa onda onlara həmin iş yerində rəqib yoxdur.
Hiç yorum yok:
Yorum Gönder