24 Haziran 2014 Salı

YARADICI DIRNAQ BOYANMASI...


Dırnaqlarda gözəl şəkillər çəkmək dəbdədir, lakin hər zaman salona getməyə vaxt tapmırıq. Bugün sizə ev şəraitində dırnaqlara gözəl şəkillər çəkmək haqqında bir –neçə məsləhət verəcəyik. Bunun üçün iynə, yapışdırıcı lentdən, dırnaq üçün olan yapışdırıcıdan, süngərdən, qəzetdən  istifadə edə bilərsiniz.
Yapışdırıcı lent vasitəsilə: əvvəldən yapışdırıcı lenti dırnağınıza yapışdırın və bir-neçə dəqiqədən sonra qopardın. Əgər asanlıqla qopursa və dırnaqda ləkə qalmırsa deməli işinizə yarayır.İlk öncə dırnağınıza açıq rəng dırnaq boyası vurub qurumağını gözləyin sonra yapışdırıcı lentdən nazik kəsimlər edib istədiyiniz formada dırnağınıza yapışdırın. Daha sonra hansı rəng dırnaq boyası istəyirsinizsə onu çəkib qurumasını gözləyin. Tam quruduqdan sonra lenti dırnağınızdan  yavaşca qopardın. Yapışdırıcı lentdən istifadə edərək xəttlər, günəş şüaları, müxtəlif fiqurlar, şahmat  taxtası şəkə bilərsiniz. Bundan əlavə kənarda formanı çəkib onu trafaret kimi istifadə də edə bilərsiniz.





Qəzet vasitəsilə: Bunun üçün köhnə olmayan qəzet lazım olacaq.Dırnağınıza ya ağ, ya da açıq rəngdə dırnaq boyası çəkin və qurumasını gözləyin. Qəzetdən 10 dənə hissə kəsin və kəsilmiş hissəni spirt ya da araq vasitəsilə isladın və tez dırnağınıza yapışdırın və spirtin buxarlanmasını gözləyin. Daha sonra dırnağınızdan ehtiyatla qopardın.




Süngər vasitəsilə: Bunun üçün iki rəng boya və süngər  lazımdır. Əvvəl dırnağa açıq rəng dırnaq boyası çəkilir və quruması gözlənilir. Daha sonra balaca qaba az miqdarda ikinci rəng dırnaq boyası tökülür və süngəri qabdakı boyaya batırıb tez dırnağımıza çəkirik. Lakin unutmayın ki, süngəri  dırnağın orta hissəsində asta, uc hissədə güclü basmaq lazımdır ki, rəng tünd olsun.









İynə vasitəsilə: Ən çox yayılmış metod budur, çünki fantaziyanızdan asılı olaraq müxtəlif şəkillər çəkə bilərsiniz. Əsas onu bilməlisiniz ki, fon olaraq müəyyən rəng dırnaq boyası çəkilir və quruması  gözlənilir. Sonra üzərinə başqa rəng boyadan bir-naçə damcı  vurulur və iynə ilə müəyyən naxışlar yaradılır, amma bunu boya qurumamış etmək lazımdır.
  












11 Haziran 2014 Çarşamba

GÖZLƏRİNİZ SİZİN HAQDA NƏ DEYİR?



 İnsanın xasiyyəti haqqında demək olar ki, bütün orqanları məlumat verir. Bugün göz rəngi xasiyyətiniz barədə nə dediyini öyrənəcəyik. Göz rənginin intensivliyi nə qədər çox olursa aşağıda verilən xasiyyət göstəriciləri də o qədər bəlirgin olur.
Tünd qəhvəyi (qara) gözlər: Bu rəng gözlərə sahib qadınlar enerjili, temperamentli, diqqət mərkəzində olmağı xoşlayırlar. Çox güclü xanımlar olurlar. Yaxşı təşkilatcılıq qabilyyətinə malik xanımlardır. Söhbətcil olduqlarına görə asanlıqla dostluq münasibətləri qura bilirlər. Qısqanc olub, lakin bunu gizləməyə çalışırlar. Seçilməyi xoşlayırlar. Kiminsə tərəfindən onlara qarşı təzyiq olunmasına nifrət edirlər.



Açıq  qəhvəyi (şabalıdı ) gözlər: Bu rəng gözlərə sahib xanımlar küsəyən, qapalı, utancaq olurlar.Xəyalpərəstdirlər, arzuladıqlarını etməsələr də xəyallarla yaşayırlar. Həlim, üzüyumşaq görünsələr də bildiklərini edərlər. Ən çətin tapşırıqların belə öhdəsindən asanlıqla gələ bilirlər.



Yaşıl gözlər:  Bu rəng gözlü xanımlar iddialı, məqsədyönlü olurlar. Bəzən bu məqsədyönlülük tərsliyə də çevrilir. Yaxşı intuisiya qabiliyyətinə malikdirlər.Onlar üçün əsas öz düşündükləridir. Yaxınlarının fikri ikinci dərəcəlidir. Qohum – qonşuların fikri isə onlar üçün maraqlı deyil. Onlar ailə həyatı qurmaq  üçün şahzadə gözləyirlər.

Mavi gözlər: Belə xanımlar həddən artıq emosional  və romantic olurlar. Tez küsəyən olub  və gec barışlar. Əhval – ruhiyyələri tez- tez dəyişir. Depressiyaya düşməyə meyllidirlər. Düşdükləri  yeni şəraitə tez adaptasiya olurlar.

Göy gözlər: Göygözlü xanımlar cazibədar və hisslərilə yaşayan olurlar.Sevdikdə və nifrət etdikdə belə hisslərini sonuna qədər yaşayırlar. Birini sevmədikdə və ya onun səhv hərəkətini gördükdə dava salırlar. Konflikt  onların həyatının ayrılmaz hissəsidir. Subyektiv fikir bildirirlər, çünki ağılla yox hisslərilə düşünürlər.


Boz gözlər: Bu rəng gözlərə sahib xanımlar düşüncəlı, maraqlı, ayaqları üstündə durmağı bacaran şəxslərdir. Onlar hər şeyı ağılla edir hisslərilə yox. Əgər onların işlədikləri sfera ağılla bağlıdırsa onda onlara həmin iş yerində rəqib yoxdur.

2 Haziran 2014 Pazartesi

CHEESECAKE

Son zamanların trend tortu Cheesecake resepti ən asan üsulda.

 Xəmir üçün lazım olan ərzaqlar
Ulkər biskviti - 250 qr
Yağ - 140 qr
Süd - 1/4 stəkan
Krem üçün lazım olan ərzaqlar 
Labne pendiri - 250 qr
Yumurta - 3 ədəd
Xama (smetan) - 300 qr
Şəkər tozu - 1stəkan  
Vanilin- 1 paket
Hazirlanması 
Ülkər biskvitini narın ovuruq üzərinə yağ və stəkanın 1/4 qədəri süd töküb xəmir halına salırıq. Tavanın dibini perqament kağızı ilə örtürük və üzərinə hazırladığımız biskvit xəmirini yayırıq. 






Krem hazırlanması 
 Labne pendirinin üzərinə xama (smetan) əlavə edib mikserlə qarışdırırıq, üzərinə 3 yumurta, 1 stəkan şəkər tozu və vanil əlavə edib yenidən qarışdırıq. Hazır məhlulu tavadakı biskvit xəmirinin üzərinə əlavə edib sobada 40 dəqiqə 180 dərəcədə bişirirk. 




Məsləhət
Tavanı sobaya sinidə qoyun və həmin siniyə bir az su tokun ki, tort quru olmasın. 


Cheesecake soyuduqdan sonra tavadan çıxarin, servis edərkən cheesecake-in üzərinə smetan yada şokolad sousu çəkə bilərsiniz yada sadə şəkildə də ola bilər.



Nuş olsun.