30 Mart 2014 Pazar

SAÇLARIM, MƏNİ TƏRK ETMƏ...

İnsan övladı üçün saçlar bir sıra mənalar kəsb edir – gözəllik, sağlamlıq, xoşbəxtlik və özgüvən. Qızlı, oğlanlı hər kəs saçlarının gözəl görunməsi üçün əlindən gələni edir, lakin saçların sağlamlığını düşünmək təəsüf olsun ki, yalnız onları itirmə qorxusu ilə üzləşdikdə ağlımıza gəlir. İlk öncə onu deyək ki, gundə 15-50 saç telinin düşməsi normal sayılır, amma əgər saclarınızın durmadan seyrəldiyini müşahidə edirsinizsə o zaman bu məqalənin sizə də faydası ola bilər.

Saç seyrəlməsi və ya tökülməsi daxili və xarici faktorlardan törənə bilir məsələn, əgər 7 nəsil qohumlarınızı seyrək saçlı və ya keçəl xatırlayırsınızsa o zaman bu seyrəlmə sizdə irsidir. Dİgər daxili  təsirlərə gəldikdə isə bura stres, gərkinlik, hər hansı bir xəstəlik də səbəb ola bilər. Xarici faktorlara isə iqlimin çirklənməsi, saç kremləri, fenlər, ütülər, kimyəvi şampunlar və s. aid etmək olar. Saçlarınızı geri qazanmaq üçün həm xaricdən həm də daxildən özünüzə kömək etməniz lazımdır.  Bu məqsədinizdə inadkar olsanız inanin ki, hətta irsi saç tökülməsi belə sizə məğlub olacaq. 

Xaricdən təsir işləmləri
·         Saçlarınızı təbii şampun və ya təbii sabunla yuyun, ən məsləhətlisi zeytun yağı tərkibli sabun. 
Saçları mineral su ilə yaxalamaq da saclara yaxşı təsi göstərir özəlliklə də saç düşməni olan sac kəpəyini dayandırır. 
·         Saçlarınızda çox seyrəlmə varsa kəsdirin, oğlanlar tam qısa qazıda bilər.
·         Saç diblərini  masaj etmək: barmaq ucları ilə sacınızın dərisini yaxşıca masaj edin bu qan dövranını yaxşılaşdırır
·         Üyüdülmüş kətan toxumunu saf zeytun yağı ilə qarışdırıb saç dərinizə sürtün 20-30 dəqiqə gözləyin və sacınızı yuyun. Bu işləm keçəllik və seyrəlməni dayandırır, saçların çoxalmasını və uzanmasını təmin edir.
·         Aşağıda sadalayacağım təbii yağlar saçlarınızın tökülməsinin dayandırılmasında, geri qazanılmasında, qalınlaşmasında, həcmli və parlaq olmasında ən azı bahalı kremlər qədər təsirlidir.
Gicitkən toxumu yağı (Fenugreek Seed oil)
Saf zeytun yağı (Pure olive oil/extra virgin olive oil)
Badam yağı (Almond oil)
Gənəgərçək yağı (Castor oil)
Kətan toxumu yağı (Flax seeds oil) 
Bu yağların hansını tapsanız saf zeytun yağı ilə qarışdırıb saç diblərinizə çəkin, zərif masaj edin və salafanla ortün üzərindən isə dəsmal  ilə sarıyın ki başınız isti qalsın, 30 dəqiqə gözlədikdən sonra saçınızı zeytun yağlı sabunla yuyun. Saçlarınızı yaxaladığınız zaman 2-3 litr suyun içinə 1 stəkan üzüm sirkəsi  (grape vinegar) tökün və saçlarınızı bu su ilə yaxalıyın. Bunu 45 gün təkrar edin. 20 gün içində saç tökülməniz dayanacaq və yeni saçlarınız çıxmağa başlayacaq. Bu prosedürü ilk günlər tez-tez sonralar həftədə 3 dəfə təkrar edin.
 Daxildən təsir işləmləri
  •    2 ay ərzində E və B12 vitamini qəbul etməniz lazımdır. Saçlarınızın sizə geri gələcəyini müşahidə edəcəksiniz. 
  • Kətan toxumu (Flax seeds) dəmləməsi:1 fincana bir xörək qaşığı üyüdülmüş kətan toxumu qoyun üzərinə fincanın yarısından qaynar su tökün və ağzı bağlı 15 dəqiqə saxlayın və nəticədə qatı məhlul alınacaq. Fincanın yarısından olan bu qatı məhlulun üzərinə soyuq su əlavə edin və ac qarına yeməkdən yarım saat əvvəl için. Bunu axşam edin, saçlarla yanaşı qəbzlik probleminiz də həll olunacaq.
  • Dənli və paxlalı bitkiləri qida rasyonunuza əlavə edin tez-tez qəbul etməyə çalışın.
  • Portağal, banan, alma, giləmeyvələr.
  • Pomidor, kök, brokoli, şirin kartof və özəlliklə ispanaq.
  • Qoz yeməklə saçlarınız zamanla qalınlaşacaq.
  • Yumurta, qırmızı və ag ət (mal əti, toyuq əti) saç inkişafında önəmli yer tutur.
  • Dəniz məhsulları, yağlı və yağsiz balıqlar (Qızıl balıq).
  • Tünd şokolad və yaşıl çay.

  • Su – hər dərdin dəvası olduğu kimi, saçlarınıza da faydası çox olacaq.

BU İLİN ƏN DƏBLİ AKSESUARLARI


2014 - cü ildə dizaynerlərin böyük əksəriyyəti belə nəticəyə gəliblər ki, bu il aksesuarlarda  ciddilik  artiq ikinci plandadir. Əsas üstünlüyü qeyri-adi, həcmli, avanqard olan aksesuarlar təşkil edir.
SIRĞA VƏ ÜZÜKLƏR - Bu il sirğa modelləri sanki zərgərlik məmulatlarını xatırladir. Uzun çıl-çırağa bənzəyən, metal detalları və rəngli daş-qaş olan sırğalar daha aktual olacaq. Amma əlvan rəngli, yumru formalı sırğalar da dəbdədir. Əvvəlki sezonda olduğu kimi bu il də iri həcmli, böyük daşlı, diqqət cəlb edən və hətta heyvan tükləri ilə bəzənmiş üzüklər trenddir. Ancaq bir-neçə barmağa eyni vaxtda xırda üzüklər də taxa bilərsiniz.

 BOYUNBAĞI VƏ BİLƏRZİKLƏR. Əsas dəb markaları qadınların boğazını da muncuqların, kulonların, qaraçı stilində seplərin,etnik naxışlı boyunbağıların bəzəməsini vacib bilir. Bununla yanaşı dəri, lent, daşlar və biserdən hazırlanmış boyunbağılar da dəbdə olacaq. Dəridən, parçadan hazırlanmış və muncuq, biserlərlə bəzədilmiş enli bilərziklər dəbdədir. Hətta bir-neçə  bilərzik taxsanız daha yaxşı olar.

GÜN EYNƏKLƏRİ Demək olar ki, bu il dəbdə olan bütün aksesuarlar  50-60-cı illərin dəbidir. Kənarları ağ, yumru formalı eynəklər dəbdədir. Ağ rəngli eynəklər yay vaxtı dərini daha günəş şüasından qaralmış göstərir. Pişik gözü formasında eynəklər və güzgülü şüşələr də trend olacaq
ÇANTALAR - bu il muxtəlifliyi ilə hətta dizaynerləri belə çaşdırır. Artıq yaz-yay çanta kolleksiyalarına baxdıqda görürük ki, balaca, əldə tutulan çantalar bu il dəbdə olacaq. Belə çantalar gəzinti sevənlərin əvəzolunmaz aksesuarına çevriləcək. İri həcmli, qısa qulplu, laklı, sürünənlərin dərisini xatırladan çantalar da dəb dünyasında öz yerini qoruyub saxlayır .Bundan əlavə iri düzbucaqlı formalı ,qovluğu xatirladan, əlvan rəngli çantalar da dəbdədir.