27 Mart 2014 Perşembe

YAYI FİT BƏDƏNLƏ QARŞILAYIN.


Artıq çəki  əksər  kişi və qadınlar üçün problemli mövzudur. Bu problemi həll etməyin yolları çox olsa da əsas məsələ qarşına məqsəd qoyub və o məqsədə çatmaq üçün çalışmaqdır. Artıq qarşıdan yay gəlir və çimərliyə  getdikdə cazibədar və kompleksiz olmaq istəyirik. Əgər siz də fit gorünmək, gözəl bədən fiqurasına sahib olmaq istəyirsinizsə bu material sizin üçündür, yayın gəlməyi isə sizin üçün məqsəd olsun. Qadınların orqanizmi kişilərin orqanizmindən fərqli qurulmuşdur. Qadınlarda yag əsasən qarın və yançaqlarda toplanır və onları əritmək çətin olur. Ona görə idman hərəkətləri etmək lazım gəlir. Aşağıda verilmiş 2 punkta riayət etməklə çəkini sala bilərik.
    1.Qida rasionunu dəyişməklə       
2.Fiziki hərəkətlər və yüklənmə



Qida rasionunu dəyişməklə çəki itirməyə ilk addımı atmış oluruq. Rasionunuzdan şirniyyatı tamamilə çıxarın. Bunun əvəzinə qurumeyvə yeyə bilərsiniz. Yediyiniz qidanın kalorisinə diqqət edin. Hərəkətli olun çünki bədənin yandırmadığı kalori yağ şəklində toplanır. İkinci addım isə  fiziki hərəkətləri etməkdir. Həftədə 3 dəfə ən azı yarım saat idmanla məşğul olmaq çəki itirməyinizə səbəb olacaq. Əsas aşağıdakı hərəkətləri etməklə gözəl bədən fiqurasına sahib ola bilərsiniz.
         Press hərəkətləri etmək:

Arxası üstə yerə uzanıb əllərimizi başımızın altına qoyuruq və bədənimizi yerdən qaldırmağa çalışırıq. Başqa bir hərəkət ayaq üstə durub bədəni yanlara əyirik sonra yenə düz dururuq. Oturduğunuz yerdə qarnınızı içinizə çəkin və buraxın. Bu hərəkət də qarnınızdakı əzələləri hərəkət etdirmiş olur.
       Halqa ilə hərəkət:

Birinci gün 2-10 dəqiqə məşğul olun sonrakı günlər 30 dəqiqəyə qədər artırın. Çalışın ki, hərəkətlər sürətli olsun bu zaman kilo verməyiniz də tezləşər.
    Qaçış:

Əgər qaçış etməyə vaxt ayıra bilmirsinizsə onda çalışın getdiyiniz yolda nəqliyyatdan az istifadə edin, pilləkanları piyada qalxın (bu zaman çox kalori yandırırıq) axşamlar 10-15 dəqiqəlik olsa belə gəzintiyə çıxın və sürətli hərəkət  edin.
   Velosiped:

Yenə də deyək əgər çöldə velosipedlə hərəkət edə bilmirsinizsə evdə trenajor velosipedlərdən alıb evdə eyni işi edə bilərsiniz. Velosipedlə hərəkət zamanı yançaq və bud-baldır hissələrdə toplanan yağı yandırmış oluruq. Ona görə əgər baldır hissələrinizdən şikayətlənirsizsə velosiped çıxış yolu ola bilər. Həm də bud hissədə olan selülutin (portağal dərisi görüntüsü) yox olmasına səbəb olur.
Və sonda hamı gözəl görünmək istəyir, amma bu hərəkətləri etməklə yayı gozəl bədən quruluşu ilə qarşılayacaqsınız. Vaxt itirməyin və elə bugün başlayın. 



Hiç yorum yok:

Yorum Gönder