Sizə təqdim edəcəyimiz bu məkanlar dünyanın ən
qeyri-adi mənzərələridir. Bu qəribə təbiət landşaftları sizə başqa planetdə
yerləşirmiş kimi görunə bilər amma əslində tamamilə təbiətin orijinallığıdır.
1. Özünəməxsus dağ zirvələri
1. Özünəməxsus dağ zirvələri
– Qərbi Avstraliyada Nambung Milli Parkında yerləşir. Bəziləri hətta 5 metr hündürlükdə olan bu valehedici əhəng strukturalar təxminən 25,000-30,000 il əvvəl dənizin geri çəkilməsilə geridə buraxdiğı yataq cöküntulərindən yaranmışdır. Zaman keçdikcə sahilboyu küləklər ətraf qumları sovuraraq geriyə bu sütunları buraxmışdır.
2. Möhtəşəm Mavi Çala
- Şimali Amerika qitəsində Belizdə yerləşən bu böyük sualtı çala 984 fut boyunca və 407 fut dərinliyindədir. Dördüncü buzlaşma dövrü ərzində dəniz səviyyəsi hələ cox aşağı olarkən formalaşmışdır.
3. Krater Gölü
- ABŞ-ın Oregon ştatında Milli parkda yerləşən 150 il əvvəl Mazama dağındakı vulkanın partlaması ilə yaranmışdır.
4.
Dalğa
qayası
- ABŞ-ın Qərbi regionunda yerləşən Bu dalğavari oyulmuş qayalar təxminən 190 milyon il əvvəl Navayo qum daşlarından yaranıb.
- Alimlər sübüt ediblər ki, Qərbi Avstraliyada yerləşən gölün bu qəribə çəhrayi rəngi gölün tərkibindəki yosunların mövcudluğuna görədir.
6. Sürüşən Daşlar
- Kalifornyanın Ölü Vadisində yerləşən bu qaya daşların hərəkət etməsi hələ də ekspertləri caş-baş qoyur, daşlar hətta 700 funta qədər ağırlıqda olmasına baxmayaraq düz yerdə hərəkət edərək mükəmməl şəkildə yerlərini dəyişirlər.
7. Şampan hovuzu
– Yeni Zellandiyada Waiotapu ərazisində yerləşən qaynar bulaqdır, bu böyük bulağın səthində temperatur 74 S dərəcədir və bulağın dibindən yuxarı qalxan karbon dioksidə görə bulaq köpüklənir.
8. Tufa zirvələri
- ABŞ-da Sierra Nevada dağının yaxınlığında yerləşən Mono gölü qapalı hidroloji hövzədir yəni, içəri daxil olan su geri çıxa bilmir. Su üçün bu qapalı hövzədən çıxmağın tək yolu buxarlanmaqdır. Nəticədə bu valehedici Tufa zirvələri yaranır.
9. Ball Piramidi
- Avstraliyada Yeni Cənubi Velsdə yerləşən bu piramida 562 metr olmaqla dunyadnın ən hündür dəniz qayasıdır.
10. Gözellik Hovuzu
- ABŞ-da Vyoming Milli Parkında yerləşən bu isti bulağın tərkibindəki ışıldayan yosun və bakteriyaların inkişafı canli rənglər yaradaraq gözəl görüntüyə səbəb olur
Hiç yorum yok:
Yorum Gönder