Bu həyatda qadınlar üçün ən önəmli
zinət üz gözəlliyidir, dərinin təmiz, yumşaq və ləkəsiz olmasi qadında
inanılmaz özünə güvən duyğusu yaradır. Ən dəyərlim ən cox qorunmalıdır
idealogiyasından yola çıxaraq bugün sizə dərinizi ləkələrdən təbii yöntəmlərlə necə azad etməyin bir sıra yolunu
göstərəcəyik. Bir faktoru da unutmayaq ki, bu yöntəmlər dəridəki ləkənin dərinliyinə, yayıldığı bölgəyə, cild
tipinə görə fərqli tərzdə müvəffəqiyyət göstərə
bilər. Indi isə keçək təbii yöntəmlərə
Pomidor
və xiyar
– cildinizə canlılıq qazandırmaq və ləkələrdən qurtulmaq üçün cox
effektiv təbii məmulatlardır. Pomidor və xiyarı yaxşıca əzin və qarışdırıb
üzünüzə çəkin. Pomidor təbii ağardıcıdır, xiyar isə antioksidant özəlliyi ilə cildinizə parlaqlıq verib və civzə
izlərinin görünümündə azaltma yaradacaqdır.
Yasəmən
yağı
– cild ləkələri və civzə izləri üçün ən təsirli vasitələrdən biri də yasəmən
yağıdır. Mütəmadi istifadə olunduğu zaman dəridəki ləkələr yox olur.
Yumurta
ağı
– civzə ləkələri tədavisində geniş
istifadə olunur, lakin digər yöntəmlərə görə daha iylidir. Yumurta ağını dəri ləkələri
olduğu bölgələrə çəkin və ən azı 1 saat gözləyin. Bu yöntəm civzə izlərini
aparmaqla yanaşı irəlidə əmələ gələ biləcək civzələrin belə qarşısını alacaq. Qoxunu
aradan qaldırmaq üçün yasəmən yağı istifadə edə bilərsiniz.
Bal –
Dəri ləkələri və cildinizin yumuşaqlığı
üçün bal istifadə edin. Üzünüzə incə təbəqə halında bal sürtün və 20 dəqiqə
saxlayın. Bu maskani həftədə 1 dəfə təkrar etsəniz ləkələrin keçdiyini görəcəksiniz.Cild ləkələrinə qarşı təbii yöntəmlərdən istifadə etdiyiniz zaman çalışın ki ,bu məsələdə inadkar olasınız və maskaları mütəmadi istifadə edərək baxım rutini halına çevirəsiniz.
Hiç yorum yok:
Yorum Gönder