2014 - cü ildə dizaynerlərin böyük əksəriyyəti belə nəticəyə gəliblər ki, bu il aksesuarlarda ciddilik artiq ikinci plandadir. Əsas üstünlüyü qeyri-adi, həcmli, avanqard olan aksesuarlar təşkil edir.
SIRĞA VƏ ÜZÜKLƏR - Bu
il sirğa modelləri sanki zərgərlik məmulatlarını xatırladir. Uzun çıl-çırağa bənzəyən,
metal detalları və rəngli daş-qaş olan sırğalar daha aktual olacaq. Amma əlvan rəngli, yumru formalı sırğalar da dəbdədir. Əvvəlki sezonda olduğu kimi bu il də
iri həcmli, böyük daşlı, diqqət cəlb edən və hətta heyvan tükləri ilə bəzənmiş
üzüklər trenddir. Ancaq bir-neçə barmağa eyni vaxtda xırda üzüklər də taxa bilərsiniz.
BOYUNBAĞI VƏ BİLƏRZİKLƏR. Əsas
dəb markaları qadınların boğazını da muncuqların, kulonların, qaraçı stilində
seplərin,etnik naxışlı boyunbağıların bəzəməsini vacib bilir. Bununla yanaşı dəri,
lent, daşlar və biserdən hazırlanmış boyunbağılar da dəbdə olacaq. Dəridən, parçadan
hazırlanmış və muncuq, biserlərlə bəzədilmiş enli bilərziklər dəbdədir. Hətta
bir-neçə bilərzik taxsanız daha yaxşı
olar.
GÜN EYNƏKLƏRİ Demək olar ki, bu
il dəbdə olan bütün aksesuarlar 50-60-cı
illərin dəbidir. Kənarları ağ, yumru formalı eynəklər dəbdədir. Ağ rəngli eynəklər
yay vaxtı dərini daha günəş şüasından qaralmış göstərir. Pişik gözü formasında
eynəklər və güzgülü şüşələr də trend olacaq
ÇANTALAR - bu il muxtəlifliyi ilə hətta dizaynerləri belə çaşdırır. Artıq yaz-yay çanta kolleksiyalarına baxdıqda görürük ki, balaca, əldə tutulan çantalar bu il dəbdə olacaq. Belə çantalar gəzinti sevənlərin əvəzolunmaz aksesuarına çevriləcək. İri həcmli, qısa qulplu, laklı, sürünənlərin dərisini xatırladan çantalar da dəb dünyasında öz yerini qoruyub saxlayır .Bundan əlavə iri düzbucaqlı formalı ,qovluğu xatirladan, əlvan rəngli çantalar da dəbdədir.
Hiç yorum yok:
Yorum Gönder