29 Mart 2014 Cumartesi

SEVGİ HAQQINDA BİLMƏDİYİMİZ FAKTLAR.

Sevgi insanlara ağlasığmaz şeylər etdirir. Yaşından, cinsindən, xasiyyətindən asılı olmayaraq onun qarşısında hər kəs acizdir. Artıq neçə əsrlərdir ki, alimlər bu hissi araşdırıb onu fizika, biologiya, statistika qanunlarına aid etmək istəyirlər. Hələlik onlar ancaq sevgi haqqında bəzi faktları aydınlaşdıra biliblər.
Statistik araşdırmalar göstərir ki:

·         Kişilər evlənərkən xanımın özündən 3 yaş kiçik olmasına üstünlük verirlər.Əgər ailəsi dağılıb və ikinci dəfə ailə qurursa o zaman xanımı  5 yaş kiçik istəyirlər.
·         Əksəriyyət insanlar evlənənə qədər 7 dəfə aşiq olurlar.
·         Dünyadakı ailələrin çoxu evliliklərinin 4-cü və 7-ci ili ayrılma həddinə çatırlar, əgər o periodu keçsələr birgə yaşayışları uzun müddətli olar.
·         Qadınlar əsasən imkanlı, yumor hissinə malik, ali təhsilli və çevrəsindəki insanların hörmətini qazanmış kişilərə üstünlük verirlər.

Uzun illərdir ki, dünyadakı bioloqlar sevginin nə demək olduğunu bilməyə çalışırlar. Onlar aşiq olmuş şəxsin beynini tomoqrafla müayinə edir, qan analizi götürür, qan təzyiqini ölçürlər.
Belə müayinələrin nəticəsində aşağıdakı faktlar ortaya çıxıb:
·         Aşiq olan qadınlarda beynin yaddaşı idarə edən,kişilərdə isə görməyə cavabdeh olan hissə aktiv olur.
·         Sevgi insan beyninə kokain kimi təsir edir. Tomoqrafla aşiq olan insanı müayinə etdikdə aydın görünür ki,  beynin həzz almaq hissinə cavabdeh olan bölgə qıcıqlanmış olur.Kokain qəbul etmiş insanda da eyni belə olur.
·         Aşiq olan zaman ətrafdakıların fikrinə reaksiya verən neyron zənciri işini zəiflədir.Ona gorə də aşiq olan adam sevdiyi şəxs barəsində yaxınlarının, qohumlarının dediyi sözləri “eşitmir”.
·         Sevmək istəmək duyğusu bioloji təlabatdır aclıq, susuzluq kimi.
·         Romantik əhval-ruhiyyə ən çox 1 il çəkə bilər.(Ona görə kişilərin çoxu müəyyən müddət birgə yaşayışdan sonra romantikadan əl çəkir.)
Sevgi barəsində ən çox mübahisə edənlər psixoloqlardır.Bəziləri bunu xəstəlik,bəzisi asılılıq adlandırır.
Onların keçirdiyi testlərin sonunda bu faktlar ortaya çıxıb:
·         Əgər insanın  uşaqlıqda valideynlərilə həll olunmamış problemi qalıbsa o zaman valideyninə bənzəyən birinə aşiq olur.
·         Tez bir zamanda tanış olub tez evlənən cütlüklər tez də boşanır.Toydan öncə bir müddət bir-biri ilə vaxt keçirib, bir-birini tanıyan cütlüklərdə boşanma hallarına az rast gəlinir.
·         Kişi ilə qadın ekstremal vəziyyətdə tanış olubsa onların bir-birinə aşiq olma ehtimalı yüksəkdir.
·         Qadınlar sevildiyini bilmək üçün sevdiyi şəxslə üz-üzə söhbət etmək istəyirsə, kişilərdə isə söhbət zamanı sevdiyinin yanında oturmaq  kifayət edir.
·         Sevgi hisslərini təzələmək üçün adət etdiyiniz şəraiti dəyişin yəni  yeni yerlərdə görüş təyin edin,yeni restoranlarda nahar edin və s.
Sevgi elə hissdir ki, gözləmədiyimiz anda gəlir və insanın həyatını başdan-ayağa dəyişir. İnsanlar bu vaxt xoşbəxt olurlar, həyatı başqa rəngdə görurlər. Öyrənilən bu qədər faktlara  baxmayaraq heç kim sevginin nə qədər çəkəcəyini deyə bilməz. Ona görə də heç nəyi düşünmədən sevin və sevilin.

Hiç yorum yok:

Yorum Gönder