16 Mayıs 2014 Cuma

CƏNNƏTDƏ BAL AYI...

Bal ayı təzə qurulmuş ailənin həyatında  ən xoşbəxt, ən gözəl  dövrdür. Yeni ailə quranların qəlbi sevgi, sevinc, eyfariya hissi ilə dolur. Belə bir dövrü gənclər gözəl, romantik bir yerdə keçirmək istəyirlər. Bugün sizə bal ayı keçirmək üçün dünyada məşhur 10 ən gözəl yer haqqında məlumat verəcəyik:

Paris-bura bal ayı keçirmək üçün ən romantik yerlərdən biridir. Eyfel qülləsi, Lüvr, gözəl arxitekturalı binalar, fransız mətbəxi  ora gedən hər kəsi valeh edir.



Maldiv adaları-Hind okeanının mirvarisi adlanan bu yer ekvatorda yerləşir. Bundan əlavə dəyişiklik sevənlər üçün dənizin 8 metr dərinliyində yerləşən sualtı otel möcüzə kimi görünəcək. Bura yaşıl və mavi rəngin  vəhdəti  ilə cənnəti  xatırladır.





Venetsiya- suda olan şəhər öz gözəlliyi ilə sizi ovsunlayacaq. Bir-birini sevənlər kanal boyu musiqi sədaları altında qandonda gəzinti zamanı özlərini nağıl dünyasında hiss edəcəklər. İtalyan mətbəxi də sizin zövqünüzü oxşayacaq.



Havay adaları- orada bir dəfə olan kəs mütləq ikinci dəfə getmək istəyir.  Sonsuz dəniz, sahil, tropik meyvələrdən kokteyl  yaddaşınıza ömürlük həkk olunacaq.








Las-Veqas- əvvəllər bu şəhərə oyun həvəskarları gəlirdilər, lakin son illər bal ayı üçün  ən çox seçilən şəhərlərdən  biridir. Ekstrim hissini sevənlər bura üstünlük verir. Axşamlar işıqlı şəhərdə limuzində gəzinti, gecəni səhərə qədər otellərin damında keçirilən əyləncələr  cavanların ürəyincədir.





Mavriki adası- Madakaskarın yaxınlığında yerləşən adadır. Bura elit istirahəti sevənlərin yeridir. Adada sahildə istirahətdən başqa həm də sönmüş vulkanlar olan dağ massivlərini görə bilərsiniz.








Tailand- insanın özünü nağıllar aləmində hiss etdirən bir yerdir. Buradakı istirahət mərkəzləri insanlara maraqlı istirahət buketi  təqdim edir: fillərlə gəzinti, buddist məbədləri görmək, çimərlikdə istirahət, gecələr əyləncəli şoular və s. Tailandda olan dəyişik arxitekturanı dünyanın heç yerində görə bilməzsiniz.







Dubay- Birləşmiş Ərəb Əmirliklərində yerləşən bu şəhər möhtəşəmliyi ilə hər kəsi valeh edir. Oradakı geniş çimərliklər, Palma Cumeyra adası, dünyanın ən hündür binası olan Bürc Xəlifə, 7 ulduzlu Bürc əl- Ərəb oteli yaddaşınızdan heç vaxt silinməyəcək.






Bali- İndoneziyada yerləşən bu ada bal ayı üçün  ən çox gedilən yerlərdən biridir. Buranı  dünyanın səhəri, cənnət, məhəbbət adası kimi adlarla adlandırırlar. Oradakı quşlar və sürünənlər parkı, Kintamani vulkanı, Batur dağ  gölü, Sanur çimərliyi gənclər üçün əsl istirahət yeridir.







Bora-Bora adası- bura həm bal ayi üçün, həm də ekzotik toy etmək üçün çox gözəl yerdir. Evlər və otellər sahil boyunda  yerləşir. Oteldə nömrələr bunqalo tipdə -su üzərində olan tək otaqlardan ibarətdir ki, bu da axşamlar çox gözəl mənzərə yaradır. Toyun səs-küyündən, toy alış- verişindən  yorulan gənclər burada hər şeyi unudacaqlar.  






Hiç yorum yok:

Yorum Gönder