Hər şeyin dəbi olduğu kimi xəstəliklərin də
dəbi var. Son zamanlar selülit, anoreksiya (həddən artıq arıqlama), kompyuterdən
asılılıq, depressiya və s. bu kimi xəstəliklər “dəbdədir”. Bugünkü
mövzumuz belə xəstəliklərdən biri olan
depressiya haqqındadır. Öyrənək ki, bu xəstəlik
niyə yaranır, əlamətləri nədir və bu vəziyyətdən
qurtarmaq üçün nə etməliyik?
İnsanın əhval-ruhiyyəsi qanda serotonin
adlanan hormondan asılıdır. Sevinc, pozitiv emosiyalar qanda “xoşbəxtlik
hormonu” nun yəni serotoninin miqdarını
artırır. Bəzi xəstəliklər, bədbəxt hadisələr isə bu hormonun qanda miqdarını azaldır və yenidən yaranmasının
qarşısını alır. Qanda uzun müddət serotonin olmadıqda insan depressiyaya düşür.
Bu hala təkcə insanda deyil fil, siçovul, meymunlarda da rast gəlinir.
Depressiyanın əlamətləri:
- Daim yorğunluq hissi.
- Özünü hər şeydə günühkar bilmə, özünə dəyər verməmə hissi.
- Pessimist olmaq və ümidsizliyə düşmək.
- Xoşladığınız əyləncələrə marağın olmamağı (dostlarla görüş, gəzinti)
- Yuxu rejiminin kəskin dəyişikliyi (yuxusuzluq və ya yuxudan doymamaq)
- Qida rejiminin dəyişikliyi (iştahsızlıq və ya alkoqola meyl)
- Heç nəyi dəyişə bilməmək hissi.
- Təklikdə qalmağa çalışıb heç kimlə görüşməmək.
- Intihar haqqında düşünmək.
Depressiyanı
yaradan səbəblər.
Xəstəliklər nəticəsində: travmalar, maddələr mübadiləsinin pozğunluğu, beyində
qan dövranının pozğunluğu (insult və ya ağır qripdən sonra).
Hormon dəyişikliyi nəticəsində: yeniyetmələrdə,
doğuşdan sonra, klimaks zamanı .
Günəş işığının azlığı (qanda serotoninin
miqdarını azaldır) və təmiz havada az gəzməyin (oksigen beyinin aktivliyinə təsir
edir) nəticəsində yarana bilər. Bundan əlavə ayrılıqlar, yaxın adamın ölümü,
güclü stress yaşamaq, həddən artıq yorulma, yuxusuzluq, aclıq halı da
depressiyaya səbəb ola bilər.
Çalışın ki, başa düşəsiniz sizin
depressiyaya düşməyinizə səbəb nədir? Hansı hadisədən sonra siz bu vəziyyətə
düşmüsünüz? Bu sualın cavabını tapdıqda problem həll etmək asanlaşır.
Siz nə istəyirsiniz? Bir vərəqdə sizi narahat edən
- yəni özünüzü xoşbəxt hiss etməyinizə mane olan səbəbi yazın və düşünün siz bunu dəyişmək
üçün nə edə bilərsiniz? Məsələn: əgər sizi narahat edən işinizdisə dəyişin və ya yaşadığınız yerdisə
həmin yerdən köçün və s.
Ətrafınızla əlaqələri
gücləndirin. Deprassiyanın
əsas tərkib hissəsi təklikdən ibarətdir. Ona görə çalışın əlaqələrinizi itirməyin.
Ailə üzvlərinizlə yaxın olun, çalışın hər gün onlarla danışasınız.
Dostlarınızla görüş təyin edin və açıq havaya çıxmaq istəməsəniz də buna özünüzü məcbur
edin. Amma sizi qıcıqlandıran, depresiyaya düşməyinizə səbəb olan adam varsa
onunla əlaqəni kəsin dostunuz olsa belə.
Yeni maraqlar
axtarın. Yeni
məşğuliyyətlər tapın, çünki onlar yeni
maraq yaradacaq və vaxtınızın çox hissəsini ona sərf edəcəksiniz. Məsələn: rəqs,
toxuma, ev dekoru, otaq bitkiləri və s.
Başqalarına kömək
edin. Özünüzü
dəyərsiz, lazımsız hiss edirsinizsə başqalarına kömək edin, çünki bu zaman
onların xoşbəxtliyini görüb siz də özünüzü yaxşı hiss edəcəksiniz.
Açıq havada gəzintiyə
çıxın. Çox
vaxt insanlar depressiyadan çıxa bilmir, çünki
açıq havada olmur. Bunu istəməsəniz belə edin. Açıq havada gəzmək əhval – ruhiyyəni
yaxşılaşdırır.
Yaxşı qidalanın
və idmanla məsğul olun. Bu yolla özgüvəniniz yüksələcək. Düzgün qida rejimi və idmanla məşğul
olmaqla həm gözəl bədən fiqurasına malik
olarsınız, həm də əhval – ruhiyyəniz yüksələcək. Çalışın günəşli havada açıq
havada qaçın, fitnes salona gedin, üzgüçülüklə məşğul olun.
Sonda onu deyək ki, həyat çox qısadır və xoşbəxt anlar olur. Bütün hər kəsin
problemi var və hamı çalışır. Siz də xoşbəxt olmaq üçün çalışın.Özünüzə
yazığınız gəlməklə heç nəyi dəyişə bilməyəcəksiz. Güclü olun və özünüzə dəyər
verin. Belə olan təqdirdə hamı sizə dəyər verəcək.
Hiç yorum yok:
Yorum Gönder