11 Mayıs 2014 Pazar

Sevdiyiniz şəxslə ailə qurmağın yolları


Siz sevdiyiniz şəxslə ailə qurmaq istəyirsiniz... bəs o bu haqda bilir? Bu sual çox axmaq səslənsə də çox vaxt məhz belə olur ki, sevdiyiniz bunu bilmir. Ailə qurmaq istəyirsinizsə bu mövzunu ona deməlisiniz, çünki  kişilər fikir oxumağı bacarmırlar. Əgər kişiyə hər hansı şərait rahatdırsa o onu dəyişməyə çalışmır  yəni  sevdiyiniz şəxsin  sizinlə rahat, stabil münasibəti  varsa o risk edib rahatlığını pozub heç nəyi dəyişməyəcək. Nəyisə dəyişmək istəyirsinizsə bunu siz etməli olacaqsınız.  Bunun üçün aşağıda sizə bir-neçə taktiki  məsləhət verəcəyik:
1-ci taktika: Açıq danışın. Ailə qurmaq istədiyinizi açıq şəkildə ona bildirin. Biz heç nə etməsək  sevgi romanlarındakı kimi evdə oturub  ağlayaraq onu nişan üzüyü ilə qapımızda  görə bilmərik. Qadınlardan fərqli olaraq kişilər qarşısındakının susmaqla nə demək istədiyini başa düşmürlər. Onlara nəyi isə başa salmaqdan ötrü hər şeyi açıq, səlist şəkildə deməlisiniz. Siz sakit duranda o elə başa düşür ki, siz də bu şəraitdən razısız və heç nəyi dəyişmək istəmirsiz.
Bu vacib sualı ona verməmişdən əvvəl hər şeyi düşünün, plan qurun və o plana uyğun hərəkət edin. Fikrinizi ona münasib vaxtda və münasib yerdə deməlisiniz. Çünki bu sual onlar üçün çox ağır ola bilər yəni  onlar yaşadıqları rahatlığı pozmaq istəmirlər. Hətta oğlan sevdiyi qıza belə evlilik təklif etməmişdən  əvvəl  həftələrlə əzabverici  fikirlərlə  düşünürlər. Bəs bunu necə və nə vaxt oğlana demək lazımdır.
  •  Ac olan vaxtında və səhər saatlarında deməyin.
  •  Elə zaman seçın ki, o tamamilə rahat olsun, bütün diqqəti  ancaq sizdə olsun, heç nə düşünmədiyi  anı  seçin.
  • Sözü dediyiniz andakı  yer də vacibdir. Çalışın hər ikiniz üçün gözəl  xatirəsi olan, sakit, romantik yerdə ikiniz tək olduqda ona qəlbinizdəkiləri  deyəsiniz.
  • Çalışın bu məsələ haqda danışanda sakit, gülərüz olun. Çılğın hərəkətlər etməyin, onu “qorxutmayın”.
  • Əvvəldən sevdiyinizin  ailə qurmaq haqqqında fikirlərini öyrənin, çünki bəzi oğlanlar evliliyə qorxulu yuxu kimi baxırlar. Əgər sevdiyiniz belə biridirsə onunla söhbət bir az başqa cür olmalıdır. Belə olan təqdirdə birbaşa  əsas fikrinizi deməyin. Elə vəziyyət yaradın ki, o özü bu fikrə gəlsin onu da yavaş-yavaş edin qorxutmadan. Yəni bu bir müddət çəkəcək səbrli olun.
2-ci taktika:  Onun anasından istifadə edin. Bəzən olur ki, tək sizinlə iş bitmir. Bu zaman”ağır artileriya”dan  yəni anasından kömək lazım olur. Əgər anasını tanıyırsınızsa yəni yaxınlığınız varsa ona qarşı mehriban davranın, hərəkətlərinizlə onu da bu fikrə gəlməyinə çalışın. Əgər anasını tanımırsınızsa da ailəsindən olan bir qadın (bacısı, xalası) seçin və onu öz tərəfinizə çəkməyə çalışın. Belə olan təqdirdə “hücum” iki tərəfli olur (həm siz, həm ailə).


3-cü taktika: Ona sizi itirmək qorxusunu yaşadın. Qoy anlasın ki, sizi  itirə bilər və bu zaman həyatındakı boşluğu hiss edəcək.


4-cü taktika: Yekun sözünüzü deyin. Yəni ya onunla ailə qurursunuz, ya da onu tərk edirsiniz, amma bunu  elə tonda deyin ki, bu əmr kimi səslənməsin. Əgər belə olsa onun kişilik qüruru baş qaldıracaq və o sizi  sevsə belə razılıq verməyəcək. Onunla  dəqiq, düzgün  danışın, mehriban, qayğıkeş olun. Ona göstərin ki, siz özlüyünüzdə onunla olmaq istədiyiniz nəticəsinə gəlmisiniz, indi seçim onundur. Bu halda onun seçmək hüququ olduğunu anlayacaq və o razılaşacaq.


Yekun olaraq onu deyək ki, kişilər xarici görünüşcə güclü görünsələr də əslində uşaq kimidirlər. Sevgi, xoş rəftar, qayğıkeşlik istəyirlər.



Hiç yorum yok:

Yorum Gönder