19 Mayıs 2014 Pazartesi

DODAQ BOYANIZ SİZİN XASİYYƏTİNİZ HAQDA NƏ DEYİR?

Yəqin   fikir vermisiniz ki, ətrafınızdakı xanımların dodaq boyası müəyyən müddət işləndikdən sonra əvvəlki formasını dəyişir və fərqli bir şəkil alır. Dodaq boyasının sonradan aldığı formaya əsasən həmin xanımın xasiyyəti haqda müəyyən qədər məlumat ala bilərsiniz.

1. Dairəvi formalı dodaq boyası. Əgər sizin dodaq boyanız bu formadadırsa onda siz:
  • cazibədar
  • səxavətli
  • bəzən həddən artıq prinsipial
  • kişilərin diqqətini çəkə bilən
  • əlvan rəngləri sevən
  • zövqlə geyinməyi bacaran
  • ətrafın fikri ilə maraqlanmayan birisiniz.
2. İti uclu dodaq boyası. Əgər dodaq boyanız bu formadadırsa onda siz:
  • qadağa və məhdudiyyətlərə dözə bilməyən
  • ədalətli və açıqsözlü
  • inadkar
  • yaxşı təşkilatçı
  • cavabdehliyi  öz  üzərinizə ala bilən birisiniz.
3. İki tərəfi  iti uclu dodaq boyası. Belə olan təqdirdə siz:
  • həyatda  nə istədiyini  bilən
  • özü haqda yüksək fikirli
  • məqsədə  çata bilən
  • özünə pərəstiş  edən
  • gözəl yaddaşa malik
  • zövqlü
  • ailə həyatında yoldaşını yox, özünü düşünən birisiniz.
4. Bir ucu yuxarı əyilmiş. Əgər dodaq boyanız bu formadadırsa onda siz:
  • müşahidəçi
  • başqalarının  işinə qarışan
  • arada uyduran
  • ailəsinə vurğun
  • təmizkarsınız.
5. Bir ucu tədricən yuxarı qalxan. Bu halda siz:
  • səxavətli
  • açıqqəlbli
  • tez küsüb, tez barışan
  • söz verib sonra unudan
  • qonaqpərvər
  • lazımsız əşyalar alan birisiniz.
6. Dairəvi formalı, ancaq iti uclu dodaq boyası. Əgər dodaq boyanız bu formadadırsa onda siz:
  • özünü ailəsinə həsr edən
  • yaxşı iş adamı
  • əmr etməyi bacaran
  • ailəsini özünə dayaq bilən birisiniz.
7. Hamar, düz  uclu dodaq boyası. Əgər dodaq boyanız bu formadadırsa onda siz:
  • enerjili  və narahat
  • sadiq dost və yaxşı yoldaş
  • məqsədə yönələn
  • kişilərin diqqətini sevən
  • sevgiyə görə özünü qurban verə bilən birisiniz.
8. Dodaq boyası əvvəlki formasında qalırsa. Belə olan təqdirdə siz:
  • dəqiq
  • səliqəli
  • azad
  • yerəbaxan
  • öz gücünə  güvənə bilən birisiniz.

Hiç yorum yok:

Yorum Gönder