29 Mayıs 2014 Perşembe

FOTO ÜÇÜN MAKİYAJIN QAYDALARI.

Hamı şəkillərdə gözəl görünmək istəyir, lakin həmişə istədiyimiz olmur. Çünki çox vaxt şəkli professional  şəkilçəkən  deyil, adi adam çəkir. Belə olan təqdirdə isə üzdə olan və  adi gözlə görünməyən çatışmamazlıqlar fotoaparatın işığı və obyektivi  sayəsində böyüyüb şəkildə aydın görünür. Təbii ki, bu zaman  fotoqrafa hirslənirik ki, şəkli yaxşı çəkməyib, lakin bir anlıq düşünün bəlkə günah sizdədir? Şəkil çəkdirməzdən əvvəl düzgün makiyaj etmək lazımdır. Fotoaparat makiyajın yarısını “yeyir”. Yəni  üzdə natural makiyaj  varsa şəkildə makiyajsız görünəcəksiniz. Əgər gündəlik makiyaj çəkmisinizsə şəkildə natural makiyaj kimi görünəcək.Ona görə də şəkil üçün  makiyajın  müəyyən qaydaları  var:

  • İlk öncə üzü və boyunu tonik, losyonla silin. Dəri təmiz və dincəlmiş olmalıdır.
  • Əgər üzünüzdə ləkələr varsa konsilerdən istifadə edin. Ləkənin üzərinə konsilerdən barmağın ücünda  azca qoyun və bir-naçə saniyə gözləyin. Sonra ətrafına  yayın.
  • Əgər dərinizin rəngindən adi vaxtda razı deyilsinizsə demək şəkildə daha çox narazı olacaqsız. Ona görə tonal kremdən istifadə edin. Fotoaparatın işığı dərini çəhrayı göstərdiyi üçün tonal kremi sarı rəngin çalarlarında  vurun.
  • T- zonaya azça açıq rəngdə pudra vurun. Gözaltına isə tonal krem və lap az pudra bəs edər. Sonda bütün üzünüzə kistlə azca tünd rəngli pudra vurun ki, üzünüz şəkildə məxmər kimi görünsün. Çox açıq rəng pudra şəkildə maska kimi görünür.
  • Göz üçün tünd rəng karandaşla kontur vacibdir. Amma dəqiq çəkilmiş yox, karandaş yayğın görünməlidir. Qaş altını aydınlaşdırın, lakin parıltılı kölgədən istifadə etməyin mat kölgələr daha yaxşıdır. Göz qapaqlarına da mat kölgə daha yaxşı effekt verir. Tuş vacib elementdir. Kirpiklər həcmli olmalıdır.Yaşıl, göy rəng tuş olmaz.
  • Qaşı darayın, səliqəyə salın. Qaş karandaşı ilə qaşı formaya salın- yəni qısadırsa uzadın.
  • Ənlik də vacibdir. Təkcə yanaq deyil sifət formasından asılı olaraq alına, çənəyə də vurula bilər. Əgər sifətiniz oval deyilsə alının kənarlarına, çənə hissəyə çəkilməlidir. Burun enlidirsə burunun kənarlarına ənlik  çəkin. Amma korreksiya üçün çəkilən ənlik mat və qəhvəyi  tonda olmalıdır. Ümumiyyətlə foto üçün qırmızı ənlikdən istifadə etməyin.
  • Dodaqda kontur vacibdir, amma gözdə olduğu kimi dəqiq bilinən yox dağınıq kontur çəkməlidir. Amma yadda saxlayın tünd rəng dodaq boyası və parıltı olmaz. Şəkildə çalışın ya göz, ya da dodağa diqqət çəkin. Yaxşı olar ki, gözə xüsusi fikir verib, dodağı açıq və mat rəng dodaq boyası ilə çəkin. 

Hiç yorum yok:

Yorum Gönder