İlk belə otel Floridada (ABŞ)
1986-cı ildə açılıb.70-ci illərdə həmin yerdə laboratoriya olub sonralar isə turistlər
üçün otelə çeviriblər. Bu otel dəniz səviyyəsindən 9 metr dərinlikdə yerləşir.
Otel elə qurulub ki, bütün nömrələrdə diametri
1metr olan pəncərələrlə sualtı
dünyanı seyr etmək olur.
Sakit
okeanda Fidji adasında da belə sualtı otel var. Otel okeanın 15 metr dərinliyində
yerləşir. 2011-ci ildən turist qəbul etməyə başlayıblar. Oteldə 73 nömrə var. Bunlardan
48-i su üstündə, 25-i isə sualtı nömrələrdir. Burada 6 restoran(biri okeanın dibində), konsert zalı, bar,
kitabxana və başqa istirahət üçün lazım olan hər cür şərait var. Restoranın
tavan hissəsi şüşədən hazırlanıb ki, bu
da orada yemək yeyənləri öz mənzərəsi ilə valeh edir.
Digər
sualtı otel Hind okeanında Maldiv adasında dənizin 8 metr dərinliyində yerləşir.
Əvvəl orada Mirvari restoranı olub ki, insanlar həmin yerdə gözəl musiqi sədaları
altında yemək yeyirdilər. Bir müddətdən sonra restoranın sahibləri əlavə olaraq nömrə
və qəbul zalı yaradırlar. İndi həmin oteldə çox vaxt cavanlar toy mərasimlərini
keçirirlər.
Hazırda
Dubayda ən böyük sualtı otel tikilir. Bu otelin digərlərindən fərqli cəhətləri:
su üstündə olan hissəsində vertolyot qebul edən hissəsi olacaq, sualtı hissə
istənilən vaxt su üstünə qalxa biləcək.Suyun 18 metr dərinlıiyində yerləşir,
yerüstü hissəsi isə dənizdən 8 metr hündürlükdə yerləşir. 220 nömrəsi olan bu
otel 10 ulduzlu olacaq. Bu otelin tikintisinə artıq 490 milyon dollar pul xərclənib
və bu oteldə bir gecə qalmaq haqqı 5500 dollar olacaq.
Hiç yorum yok:
Yorum Gönder