Hər
bir xanım gələcəyi haqqında planlar qurur: nə cür insanla tanış olacam, gəlinlik
libasım hansı formada olacaq, neçə övlad istəyirəm, bəzən uşaqların adına qədər
düşünür və bütün ömrü boyu bu plana uyğun hərəkət edir. Həyatında xoşuna gələn
bir oğlan peyda olanda bütün planlar ancaq onunla bağlanır. Lakin oğlanlar
isə bu qədər romantik deyillər. Onlar hər
qıza evlilik fikri ilə yanaşmır, ancaq çox heyf ki, xanım bunu anlamır və sonda
acı çəkən yenə qızlar olur.
Oğlanların belə davranışı artıq bir dəb
halını alıb. Ona görə bugun sizə oğlanın hansı hərəkətinə görə sizə ciddi
yanaşdığını bildirən bir-naçə əlamət veririk:
- Siz danışanda sizə diqqətlə qulaq asır.
- Boş vaxtı olan kimi bir bəhanə ilə sizə zəng edir, sms yollayır və s.
- Sizin yanınızda başqa xanımlara baxmır və keçmişdə yaşadığı “eşq macəralarını” sizə danışmır.
- Sizinlə danışanda “biz” sözündən istifadə edir. Yəni artıq özünü sizinlə bir yerdə görür.
- Gününün çox hissəsini sizinlə keçirmək üçün çalışır.
- Özü üçün əziz olan hər hansı bir əşyanı sizə etibar edib verir (kompyuter, fotoaparat, avtomobil və s.).
- Sizinlə dalaşır. Bu çox qəribə səslənsə də həqiqətdir. Kişilər özünü o qədər sevir ki, sinirlərini sevmədiyi bir xanım üçün xarab etmir yəni bir şey xoşuna gəlmədisə dönüb gedir və bu son olur. Əgər sizinlə dalaşırsa inanın ki, siz onun üçün əzizsiz.
- Sizi öz dostları ilə tanış edir. Oğlanlar dostları ilə bir yerdə olduqda sərbəst olurlar və ona görə də hər xanımı o əhatəyə (dost əhatəsinə) salmırlar. Əgər xanımı dostları ilə tanış edirsə deməli o qıza inanır və həm də dostlarının da qız haqqında fikrini bilmək istəyir.
- Sizinlə gələcək haqqında planlar qurur.
Ümid
edirik ki, bu əlamətlərə görə sevdiyinizi dəyərləndirib sizin də onun üçün dəyərli
olduğunu anlayarsız.
Hiç yorum yok:
Yorum Gönder