Maşınlar - xanımların ən sevimli, ən dəyərli “aksesuarı”. Son zamanlar avtomobil sürən
xanımların sayı artıb. Hər kəs öz zövqünə, həyat tərzinə uyğun avtomobil seçir. Adətən xanımlar
balaca, kompakt maşınlara üstünlük verir. Rəng seçimində isə əlvan rənglər üstünlük təşkil edir.
Bugün xanımlar üçün olan ən yaxşı avtomobillər haqqında məlumat verəcəyik.
AUDİ TT. Bu maşın gənc, zərif, zövqlü xanımların
seçimidir. Alman istehsalı olan 2 qapılı olan bu avtomobil zərifliyi və gözəl dizaynı ilə seçilir.
MİNİ
COOPER. Bahalı
və gözəl olan bu maşın da öz fərqli dizaynı ilə seçilir. Tez sürət yığmaq
bacarığına görə xanımlar kimi kişilər də bu avtomobili bəyənirlər.
VOLKSWAGEN NEW BEETLE. Böcəyi xatırladan bu maşın da ən çox bəyənilən
avtomobillərdən biridir.
PEUGEOT 207. Bu ən gözəl xanım maşınıdır. Balaca, səliqəli,
şık və yüksək keyfiyyətli avtomobildir. Xarici görünüş, keyfiyyət və qiymət bir
–birinə uyğundur.
NİSSAN MİCRA. Yaponiya istehsalı olan bu avtomobil ehtiyatlı sürən - yəni orta sürəti sevən
xanımlar üçün əvəzolunmazdır. Çox gözəl, balaca və güçlü maşındır. Dəyişik
dizayn və fənərlərin formasına görə
çoxluq içində seçilir. Həm gənc, həm də orta yaşlı xanımların ən çox
seçdiyi avtomobillərdən biridir.
NİSSAN JUKE. Diqqət mərkəzində olmağı xoşlayan xanımlar
bu avtomobilə üstünlük verirlər. Xarici görünüşcə Nissan Micraya bənzəsə də
ondan həm qabaritinə, həm də mürəkəbləşmiş xüsusiyyətlərinə və təbii ki, qiymət
baxımına görə üstündür.
FORD FİESTA. Xanımları həm xarici görünüşü, həm də
texniki imkanları ilə cəlb edir.
CİTROEN C3. Xarici görünüşünün gözəlliyi ilə yanaşı
daxilinin geniş olması ailəli xanımların köməyinə çatır.
Hiç yorum yok:
Yorum Gönder