28 Mayıs 2014 Çarşamba

RƏNGLƏRİ NƏ ÜÇÜN SEVİRİK?

Diqqət etmisinizmi rənglər həyatımızda nə qədər vacib rol oynayır. İnsan doğulduğu andan saç, göz, dəri rənginə görə fərqlənir. Sonralar isə geyim, makiyaj seçimində sevdiyi rənglərə üstünlük verməklə yenidən digərlərindən fərqli olduğunu ortaya qoyur. Nə üçün insan rənglərə bu qədər meylli olur? Nə üçün rənglərə olan asılılığımız dəyişə bilir?
Rənglər daxili dünyamızı  əks etdirir. Bunu zövqlə əlaqələndirsələr də əslində bu insanın daxili enerjisindən asılıdır. Yəqin ki, siz çakra haqqında eşitmisiniz. Çakra  - enerjini qəbul edən, toplayan bir mərkəzdir. Əsas 7 çakra var ki, bunlar da göy qurşağının rənglərinə uyğundur. İnsanın hansısa rəngə meyllənməsi həmin rəng çakrasındakı çatışmamazlıqdan asılıdır.
İndi  sizə verdiyimiz qısa testi etməklə sizin hansı enerjiyə ehtiyacınız olduğunu anlayacaqsınız: ətrafınıza baxın. Fikir verin  geyiminiz, otağınız, makiyajınızda hansı rəng üstünlük təşkil edir. Amma  yanlışlığa yol verməyin sevdiyiniz rəngi yox,  həyatınızda  sizi  ən çox  əhatə edən rəngi seçməlisiniz. Hansı rəng daha çox  üstünlük təşkil edirsə  həmin rəngin enerjisinə ehtiyacınız var deməkdir. Bəzən elə olur ki, heç bir rəng üstün olmur bu o deməkdir ki, sizin enerjiniz balansdadır.
Rənglərin mənası.
Qırmızı. Həyat enerjisi, güc, qüvvət rəngidir. Əgər qırmızı rəngə meyllisinizsə bu o demək ola bilər ki:
  • dayaq olmaması ;
  • narahatçılıq, güvənsizlik;
  • qorxu duyğusu ilə yaşayan birisiniz.
Qırmızı rəng alovu, ocaq istisini xatırladır. Həyatında qırmızı rəngə üstünlük verən insanlar  özünə dayaq olacaq adam axtaran insanlardır.
 Naraıncı. Emosiya rəngidir. Əgər narıncı rəngə meyllənirsinizsə onda:
  • yeni  həyacan yaşamaq istəyir;
  • əyləncə axtarırsınız.

Sarı.  İctimai həyatı əks etdirən rəngdir. Sarı rəngi sevən insanlar:
  • cəmiyyət arasında olmağa çalışan;
  • təmkin, intizamı  inkişaf etdirməyə ehtiyacı olan;
  • gələcək haqqında hədəflərini aydınlaşdırmağı sevən  birisidir.

Sarı rəngə meyllisinizsə karyeranızı  inkişaf etdirməlisiniz deməkdir.
Yaşıl və çəhrayı. Sevgini, hissləri təzahür etdirən rəngdir. Əgər son vaxtlar bu rənglərə sevginiz artıbsa onda, bilin ki:
  • sadəlövhsünüz ;
  • hər şeyi ürəyinizə salırsız;
  • sevmək və sevilmək istəyirsiniz.

Mavi. Yaradıcılığı əks etdirən rəngdir. Əgər mavi rəngə üstünlük verirsinizsə onda nə isə yaratmaq, həm də sizi narahat edən  fikirləri daşınmaq istəyirsiniz deməkdir.
Göy. İnsanın daxili dünyasının artırmaq istədiyini əks etdirən rəngdir. Bu  rəngə üstünlük verənlər:
  • intuisiyasını, daxili dünyasını  inkişaf etdirməyə çalışan;
  • dünyanın  ancaq maddi deyil digər tərəflərini düşünən biridir.

Ağ  və yasəmən rəngi. Yüksək inkişafa meyli göstərir. Əgər bu rəngə meyllisinizsə daxili dünyanızı, şüurunuzu ali dərəcəyə qədər inkişaf etdirməyə çalışırsınız deməkdir.
 Qara. Dəyişiklik rəngidir. Qara rəngə üstünlük verirsinizsə demək həyatınızda qlobal dəyişikliklər etmək arzusundasınız.

Qəhvəyi. Torpaq rəngidir. Ayaqlarınız üzərində durmağa çalışırsınız deməkdir. 

Hiç yorum yok:

Yorum Gönder