Gözəl
saşlar bütün qadınların arzusudur. Lakin bizə verilən bu gözəlliyi qorumaq
lazımdır. Gündəlik saça fen çəkmək, düzgün qidalanmamaq, saç boyası və bu kimi
səbəblər nəticəsində saç ucları quruyur, qırılır. Bunun qarşısını almaq üçün yaglı və normal saçları 3 ayda bir dəfə, quru
saçları isə ayda bir dəfə kəsdirmək lazımdır ki, bu da xanımların istəmədiyi
bir şeydir. Problemi həll etmək
üçün saça qulluq edən maskalardan istifadə edin. Maskalarla bərabər bir-neçə
qaydaya riayət etməlisiniz ki, saçınızdakı dəyişikliyi hiss edəsiniz:
- Saç ucunda quruluğu hiss edirik, amma maskanı bütün saça vurmaq lazımdır.
- Fendən bacardıqca az istifadə edin.
- Qırılan saç uclarını kəsdirin.
- Saçı birbaşa günəş şüasından qoruyun.
- Saç ucu üçün olan maskanı həftədə 2 dəfədən artıq vurmayın.
Yumurta maskası.1 x.qaşığı limon suyu,1
yumurta sarısı, 1 x.qaşı ğı bitki yağı və 0.5 stəkan isti suyu qarışdırıb saça
cəkirik. Yarım saat başımızı dəsmalla büküb istidə saxlayırıq. Sonra əvvəl
soyuq su ilə yaxalayıb, daha sonra isə limon suyu əlavə olunmuş (1 litr suya 1 x.
qaşığı limon suyu) ilıq su ilə yuyuruq.
Yağ maskası.Zeytun, badam, kokos, gənəgərcək yağını su
hamamında qızdırıb ilıq vəziyyətdə saç dibinə və saça çəkib başınızı selofanla
bağlayın.Üzərindən fendən isti hava
üfürün (saçdan bir az aralı tutun ki, selofan əriməsin). Daha sonra selofanın
üzərindən dəsmal bağlayıb 1 saat saxlayın və şampunla yuyun (yaxşı olarki
başınızı limon suyu əlavə olunmuş su ilə yuyasınız). Onu da qeyd edək ki, bu
maska saçda nə qədər çox qalsa o qədər yaxşıdır. Saç ucunun quruluğunu aradan
qaldırmaq üçün hər dəfə saçınızı yumamışdan əvvəl saç ucuna bitki yağı çəkib 30
dəqiqə saxlayın və adi halda yuyun. Bunu ona görə etmək lazımdır ki, şampunlar saçın üzərindəki yağ təbəqəsini
yuyur və saçlar quruyur, amma əvvəldən saça yağ çəkdikdə isə quruluğun qarşısı
alınır.
Maya maskası. 2 ç.qaşığı maya(droj), 0.25 stəkan qatığı
qarışdırıb kənara qoyuruq. 30 dəqiqə kənarda qaldıqdan sonra maskanı saça çəkib
başınızı dəsmalla bağlayın və 30 dəqiqə saxlayın və yuyun.
Xına maskası. 1 paket rəngsiz xınanı isti su ilə
qarışdırırıq (xına sıyıq halına düşənə qədər). Bir müddət kənarda qalıb dəmləndikdən
sonra sacınıza çəkib 30-40 dəqiqə gözləyin və şampunsuz yuyun.
Xama maskası.2 x.qaşığı xama ilə 1 x.qaşığı zeytun yağını
qarışdırıb saça çəkirik və 1 saat saxlayıb şampunla yuyun.
Şaftalı maskası.Şaftalını sürtkəcin xırda gözündən
keçirib alınan sıyıq formalı məhsulu saça çəkib yarım saat saxlayıb şampunla yuyun.
Bal maskası.2 ç.qaşığı balı 1 stəkan qaynar su ilə
qarışdırıb saçınızın ucunu həmin suya salın və 10 dəqiqə saxlayın. Saçı sonra
yumaya da bilərsiniz.
Hiç yorum yok:
Yorum Gönder