6 Nisan 2014 Pazar

SELÜLİTE SON VERƏK.

Çimərliklərə hazırlaşdığımız bir zamanda selülitləriniz sizi narahat edir və nə idman, nə pəhriz vasitəsilə getmirsə onda yeni bir üsula əl atırıq. Bugünki mövzumuz efir yağı istifadə etməklə bud və yançaqlardakı “portağal qabığı” görüntüsünə son verməkdir. Efir yağı dəriyə çəkildikdən sonra oradakı qan-damar və limfa  sisteminin işini sürətləndirir, artıq mayenin bədəndən çıxarılmasına yardım edir. Bu proseslər nəticəsində dəri hamarlaşır, elastik olur, selülitə son deyir. Burada əsas məsələ efir yağını düzgün seçməkdir, çünki ola bilər ki, sizin efir yağına allergiyanız olsun. Ona görə də əvvəl ayağınızın bir hissəsinə az miqdarda seçdiyiniz efir yağını çəkin və 1 sutka gözləyin əgər qızartı, qaşıntı yoxdursa demək həmin yağı çəkə bilərsiniz. Yağların hərəsi bir funksiyanı yerinə yetirir. Bunun üçün də yaxşı olar ki, aşağıda verilən qrupların hərəsindən  bir yağ seçib qarışdırasınız.

Qan-damar sisteminin işini yaxşılaşdıran yağlar:
  • Zəncəfil yağı
  • Çay ağacı yağı
  • Valerian yağı
  • Şam ağacı yağı

Limfa sisteminin işini gücləndirən yağlar:
  • Rozmarin yağı
  • Çobanyastığı yağı
  • Qeran yağı
  • Sandal yağı

Artıq mayenin bədəndən çıxarılmasına kömək edən yağlar:
  • Qreyfrut yağı
  • Berqamot yağı
  • Fenxel yağı
  • Mojjevvelnik yağı

Təməl  yağ
  • Günəbaxan yağı
  • Zeytun yağı
  • Avokado yağı
  • Jojoba yağı

Selülitden tez bir zamanda qurtulmaq üçün kompleks prosedurlar etməliyik: masaj, yağlarla vanna qəbulu, istilik vannası. Bundan əlavə pəhrizinizi pozmayın, maye çox qəbul edin. Masaj zamanı yuxarıda verilən qrupların hərəsindən bir  yağ seçin və təməl yağa əlavə edin. Sonra problemli zonanı həmin yağlarla masaj edin (dəriyə hopana qədər).
Yağlarla vanna qəbul edərkən yenə seçdiyiniz efir yağını seçin və südə dəniz duzu əlavə edin qarışdırın. Duz qarışandan sonra efir yağını əlavə edin və isti su olan vannaya tökün. 15-25 dəqiqə vanna qəbul etmək lazımdır. Suda olan zaman da problemli zonanı masaj edin.
İsti vanna  zamanı  efir  və təməl yağı və selofan hazırlayın. Yağı masaj hərəkətləri ilə çəkin və üzərini selofanla bağlayın və 40-60 dəqiqə gözləyin. Prosedur qurtardıqdan sonra həmin bölgəni  yuyun və nəmləndirici krem çəkin.



Hiç yorum yok:

Yorum Gönder