Bizim
əhval-ruhiyyəmiz əksər hallarda necə görünməyimizdən asılı olur. İstənilən
xanım güzgüdə özünə baxdıqda bədən quruluşunda müəyyən çatışmamazlıqlar və ya əksinə
artıqlıqlar görür. Belə vəziyyət hətta ən gözəl görünən xanımlarda da baş
verir, lakin ağıllı qadınlar bu eyibləri geyimlərini düzgün seçməklə gizlədə
bilirlər. Bugün biz sizə bu haqda bəzi məsləhətlər verəcəyik.
ÇİYİNLƏR: Əgər sizin çiyin hissəniz yançaq hissənizdən
böyükdürsə onda paltar seçərkən çalışın qolu dörddə üç uzunluqda olsun. Bu zaman
diqqəti nazik biləklər özünə cəlb edəcək. Hərəkətli midi ətək geyməklə “qum saatı”seluetinə qovuşacaqsız.
Çiyin hissəsi
balaca olan xanımlar isə diqqəti çiyinlərinə çəkmək üçün paqonlu və ya həcmli
qollari olan geyimlər seçməlidirlər. Boyun hissəsi qayıq formalı kəsimdə olan
geyimlər də sizə kömək edə bilər.
SİNƏ: Sinəsi kiçik olan xanımlar asanlıqla V-obrazlı
kəsimi olan, aşırmalı, dekolteli paltar
geyməklə problemi həll edə bilərlər. Bundan əlavə ağ rəng, yaxası büzməli
koftalar və düzgün seçilmiş alt paltarı çıxış yoludur.
Sinəsi böyük olanlar alt paltarını düzgün seçməli və
sıx toxunmuş parçalardan olan paltarlara üstünlük verməlidirlər. Tünd rəngdə olan və printsiz koftalar geyinin.
Yaxa kəsimi çalışın yumru olmasın, çünki belə kəsimlər sinənizi daha da iri
görünməyinə səbəb olacaq.
BEL: Belinizin incə görünməyini istəyirsinizsə bədənə oturumlu jaket, enli kəmər
və beli yuxarıdan olan şalvar və ətək
geyinin.
YANÇAQ: Yançaqları iri olan xanımlar trapes formal ətəklərdən
istifadə etsinlər. Bundan əlavə düz və enli ayaqlı şalvar geyinmək də olar.
Enli kəmər taxmayın.Əgər istəyirsinizsə
nazik, bədəni sıxmayan kəmərdən istifadə edə bilərsiniz.
AYAQLAR: Qısa ayaqlı xanımlar sözsüz ki, dabanlı
ayaqqabılardan istifadə etməlidirlər. Dəri rəngində olan ayaqqabılar, klassik qələm
ətəklər, şaquli xəttli şalvarlar da ayağınızı visual olaraq uzun göstərəcək.
Ayaqlarının
uzun olmasından şikayətlənən xanımlar üfüqi xəttli, iri şəkilləri olan geyimlərdən
istifadə etsinlər. Ətək seçərkən dizə qədər olan istənilən ətəyi seçə bilərsiniz.
Çanaqdan olan şalvarlar da ayaqlarınızı qısa göstərəcək.
Hiç yorum yok:
Yorum Gönder