4 Nisan 2014 Cuma

ASAN TORT.

Lazım olan ərzaqlar:
·         2 paket petibör peçenya
·         1 litr süd
·         6 xörək qaşığı un
·         1 yumurta
·         1 xörək qaşığı kərə yağı
·         1 st.şəkər tozu
·         Vanil
Əvvəl bir qaba süd, un, yumurta, şəkər tozunu əlavə edib qarışdırırıq. Süd isinəndə şəkər tozunu əlavə edib yenidən dayanmadan qarışdırırıq. Qatılaşanda kərə yağını əlavə edib yenə ocağa qoyub 5 dəqiqə də qarışdırıb ocaqdan götürürük və vanil əlavə edib soyumağa qoyuruq. Başqa bir az dərin qaba pecenyaları düzürük sonra üzərinə hazırladığımız kremi tökürük.Bu yolla ikinci və üçüncü dəfə peçenya və krem əlavə edirik.Üzərinə zövqə görə qoz və ya şokolad qırıntısı  səpirik. 2-3 saat soyuducuda saxlanıldıqdan sonra yeyə bilərsiniz. Nuş olsun.


Hiç yorum yok:

Yorum Gönder