Minimalist” üslubu: Bu üslubda evə iri mebellər qoyulmur, çox az sayda dekor üçün olan əşyalardan istifadə olunur. Əsas diqqəti çarpayı özünə cəlb etməlidir (o da çox böyük olmamalıdır). Şkaf və şifonerlər olmamalıdır. Onların əvəzinə divar daxilinə yerləşdirilmiş şkaflardan istifadə edin. Minimalist üslubda pastel tonlardan istifadə edilməlidir. Ən çox 3 rəngdən istifadə edə bilərsiniz (2 rəng bir-birinə oxşar, digəri kontrans rəng olmalıdır).
“Country”
üslubu: Bu üslub zamanı otaqda kənd həyatını xatırladan motivlər olmalıdır. Yataq
otağındakı hər şey təbii olmalıdır. Mebellər köhnə effektini verməlidir. Pərdə
və yataq örtüsü ipək, pambıq, yundan olmalıdır. Yerdə heyvan dərisi və ya yun qədimi
xalça olmalıdır. Rəng seçimi əsasən açıq yaşıl, mavı, narıncı, sarı, ag rəng
istifadə edə bilərsiniz. Bu üsluba əsasən şəhərin səs-küyündən bezən insanlar
üstünlük verir.
“Yapon”
üslubu: Bu üslubda mebel çox da iri olmamalıdır, otaqda lazım olan hər şey olmalıdır
və hamısı da təbii materiallardan olmalıdır. Əsas element kimi sandıq, şkaf yerinə
isə divar içinə yerləşdirilmiş nişdən
istifadə olunur. Çarpayı hündür
olmamalıdır döşəyi xatırlatmalıdır. Sakit tonlardan istifadə edilir, parlaq rənglər
bu stil üçün deyil.
Hiç yorum yok:
Yorum Gönder