-
Emirates
Palace, Abu DabiInşaası 3 milyarda başa gələn Emirates Palace 394 otaq və suit, 40 görüş və iclas zalı, ağ qumlu çimərliyi, hovuzlar, fantanlar, spa mərkəzləri, 13 ölkədən gətirilmiş mərmərlər, 1000 xrustal cil-ciraqlarla ağılları başdan alır. Emirates Palace ultra müasir ortamda Sultanlıq duyğusudur.
- Mardan
Palace Hotel, Turkiyə
Azərbaycanlı milyarder Telman İsmayılov tərəfindən
tikilmiş bu otel 1.65 milyarda başa gəlib. Avropanın ən dəbdəbəli otellərinin önündə
gəlir. Otelin həyətində yerləşən hovuz isə 1000 qonaq tutmaqla Aralıq dənizi ərazisindəki
ən böyük hovuz adını qazanıb.
-
Burj Al
Arab, Dubay
Valehedici görkəmi ilə dünyanın ən çox şəkili
çəkilən bu otel möhtəşəm bir memarlıq əsəridir. Içərisindəki bütün otaqları dəb-dəbə
və cah-cəlala bürünmüş Burj Al Arab sizə inanılmaz olan hər şeyi təqdim edir,
istər göyün 7-ci qatında tenis kortu olsun, istər otelin damındakı vertalyot
portu olsun. Gələcəyə səyahət Burj Al Arab oteli ilə mümkündür.
-
The
Plaza, Nyu York
Baxmayaraq ki, Nyu York valehedici otellərilə məhşurdur, The Plaza, VİP-lərin ən çox etdikləri seçimdir. 1907-ci ildə tikilən
bu oteldən Manhattanın möhtəşəm mənzərəsi ürəkləri fəth edir.
-
Atlantis
Paradise Island, Bahama
Itmiş əfsanəvi şəhərin şərəfinə tikilmiş
Atlantis Paradsie İsland əsl cənnətməkandır. Lakin bu oteldə bütün diqqətləri üzərinə
çəkən Royal Towers Bridge Suitdir- iki qüllənin mərkəzində yerləşən körpü üzərindəki
möhtəşəm cah-cəlallı suit. Bu cənnət adasında yox yoxdur.
Hiç yorum yok:
Yorum Gönder