Çoxdan
bəri gözlədiyimiz yay artıq gəlir və çimərliklərdə dəbli, gözəl görünmək istəyirsinizsə
bu mövzumuz sizin üçündür. Məşhur brend kolleksiyalarına baxdıqda görürük ki,
bu il çimərlik geyimlərində rəng palitrasının bütün tonlarına rast gəlinir.
Bundan əlavə retro stil də dəbə gəlir və bu çoxluq içində çaşqinlaşmayın deyə
bu il çimərlik geyimlərinin 5 əsas trendini sizə təqdim edirik:
1. Bədəni bağlı olan modellər. Bədənin çox hissəsinin açıq olması erası artıq sona çatır və məhşur dizaynerlər bədəni bağlı olan modelləri öz kolleksiyalarında nümayiş etdirirlər. Belə geyim sizin bəzi qüsurlarınızı örtməyə yardımçı olacaq. Lakin üzərində olan krujevalar, yanda olan kəsiklər sizin daha da cazibədar və dəbli görünməyinizə səbəb olacaq.
2. Toxunma çimərlik geyimləri. Əgər sizin elastindən olan çimərlik geyiminiz varsa onun üzərinə toxunma, həcmli top geyinərək də dəbi yaxalamış olacaqsınız. Bundan əlavə asqıları toxunma olan bikini də geyinə bilərsiniz.
3. Print çimərlik geyimləri. Üzərində etnik naxış, gül-çiçək, heyvan dərisi printləri olan bikinlər dəbdədir.
4. Neon rənglər. Lakin unutmayın ki, başqa rəngdə də çimərlik geyiminiz olmalıdır çünki, zaqar olmamış bədəndə neon rəngli geyim yaxşı görünmür. Onu da xatırladaq ki, ağ rəng zaqar görünmək üçün ən gözəl seçimdir.
5. Retro stildə çimərlik geyimləri. Artıq bildiyiniz kimi bu ilin dəbi 50-60-cı illərin dəbinə
qayıdışdır. Retro stildə olan bikinilər azca qarnı olan xnımlar üçün əvəzolunmazdır.
Hiç yorum yok:
Yorum Gönder