Mətbəx
evdə ən çox vaxt keçirdiyimiz yerdir, özəlliklə də qadınların ev dekorasyonunda
ən önəm verdiyi məkanların başında mətbəx gəlir. Mətbəxinizin bir stilinin
olmasi əslində çətin deyil. Diqqət edəcəyiniz bir neçə detal ilə hərkəsi heyran
buraxacaq mətbəxə sahib ola bilərsiniz.
- Uzun zaman istifadə edəcək bir mətbəx istəyirsinizsə rəng seçimi cox
önəmlidir. Tez sıxılabiləcəyiniz və ya tünd
rənglərdən qaçınmaqda fayda var. Çünki müxtəlif kiçik mətbəx əşyalarını eyni rəngdə
seçməklə rəng harmoniyası yarada bilərsiniz. Mebel üçün ağ və krem, təbii karamel
tonları yaxşı seçim ola bilər.
- Mətbəğinizə “rəngi” istifadə edəcəyimiz aksesuarlarla gətirə bilərsiniz. Həm bu aksesuarları zamanla rahatca dəyişə də bilərsiniz.
- Mətbəx stolu və stullar mətbəxin bütün xarakterini dəyişə bilər. Burada cəsur ola bilərsiniz. Həm də dəyişdirilməsi daha asandır. Özəlliklə stullar son zamanlarda çox ön plana çıxır. Hətta son trendlərdə masanın ətrafına bir birinə uyğun olmayan fərqli stullar qoyulur. Cəsur səslənir lakin doğru qərar verildiyində çox effektiv nəticə alınır.
- Çıl-çıraqda da cəsur ola bilərsiniz. Çox münasib qiymətə heyranedici çıl-çıraqlar tapmaq mümkündür.
- Dəzgahın üstünü çox doldurmamaqda fayda var. Mətbəxdəki lazımlı alət və əşyalar üçün şkafın rəflərində geniş sürmələr ayırın.
- Texniki detallara etinasız yanaşmayın. Şkafın rəzələri,
sürmələrin relsləri keyfiyyətli olsun. Üstəlik elektrik çıxışlarının (ştepsel)
sayına və haralarda olmasına diqqət edin, çünki mətbəx ən çox elektrik istifadə
edilən məkanlardan biridir.
- Son olaraq mətbəxdə gigienaya çox önəm verin. Yüksək gigiyena üçün akrilik dəzgahlar əla seçim ola bilər. Xalçalara mətbəxdə çox yer vermiyin, həsir istifadə etmək daha doğru olar.
Hiç yorum yok:
Yorum Gönder