Gözəl
saçlar qadının yaraşığı, təbiətin bizə verdiyi sərvətdir. Lakin gözəl saçlarla
iş bitmir, həm də saç kəsimi böyük rol oynayır. Ona görə də saçı kəsdirərkən
sifət formasına uyğunluğa diqqət edilməlidir. Demək ilk olaraq biz sifət
formamızı təyin etməliyik, bundan sonra artıq hansı kəsimlər bizə uyğun
olduğunu deyə bilərik. Bunun üçün saçınızı darayıb arxadan yığın və güzgünün
qarşısına keçin dodaq boyası ilə güzgüdəki əksinizin şəklini çəkin. Üz
formasını təyin etdikdən sonra əsas məsələyə keçək yəni hansı sifət formasına
hansı kəsim uyğundur ona baxaq. Ümumiyyətlə 7 sifət forması var: oval, yumru, düzbucaqlı, kvadrat, üçbucaqlı, armud formalı,romb formalı
Əgər
sizin üzünüzün uzunluğu eninin təqribən yarısı qədərdisə, çənə hissəniz alın
hissəyə bərabərdisə demək sizin üzünüz oval formadadır.Oval formalı sifətlərə
bütün saç kəsimləri yaxşı qalır yəni istədiyiniz formada saçınızı kəsdirə bilərsiniz.
Kəkil kəsdirə bilərsiniz.
Əgər
sizin üzünüzdə en və uzunluq bərabərdir, yanaqlar yumru, çox da
uzun olmayan alına sahibsinizsə demək sizin üz formanız yumrudur. Belə formaya
sahib xanımlar saçı elə kəsdirməlisiniz ki, üzünüz vizual olaraq oval görünsün
yəni saçın yuxarısı hündür, həcmli, yan tərəfləri hamar olsun. Alnın bir hissəsini
tutan çəpinə kəkil də kəsdirə bilərsiz. Saçınız üçün ən yaxşı kəsim çənədən bir
az aşağı düşən, yanaqlarınızı örtən saç formalarıdır. Əsas odur ki, çox qısa və
yan tərəflərdə həcmli olan kəsimlər etməyin.
Əgər
sizin çənə və alın hissəniz böyük və enlidirsə demək sizin üz formanız
kvadratdır. Bu zaman assimetrik və dalğalı saç kəsimi olmalıdır. Tamam qısa və
düz uzun formada saç kəsimlərindən
qaçının.
Düzbucaqlı formalı sifətlərdə üz vizual olaraq
uzunsov görünür. Elə saç kəsimi etməlisiniz ki, uzunluq vizual olaraq azalsın.
Belə olan təqdirdə qaşa qədər çatan kəkil kəsdirin, qulaqlar örtülməli, saç
çiyinə qədər uzunluqda olmalıdır. Çox uzun və çox qısa,düz saçlar sizin üçün
deyil. Uzun saçlara sahibsinizsə onları pilləli kəsdirin, dalğalı formaya salın,
yanaq hissənizdə həcm verməyə çalışın.
Əgər
sizin alnınız enli, çənəniz isə ensiz və balacadırsa sizin üzünüz üçbucaq
formalıdır. Saçınızı elə kəsdirməlisiniz ki, çənə hissənizdə saçlar həcmli
olsun. Əgər saçınız uzundursa uzunluğunu saxlamaq şərtilə qat-qat kəsdirin, yox
əgər qısa saç istəyirsinizsə qısa bob sizin sifət formanıza çox uyğundur.
Uzun,çəpinə kəkil kəsdirə bilərsiniz.
Əgər
sizin alın və çənə bölməniz ensiz, lakin yanaq hissəniz böyükdürsə sizin üzünüz
romb formalıdır. Elə kəsim etməlisiniz ki, saçlar yanaga tökülsün. Saçın yuxarısı
hündür olmamalıdır, kəkil məsləhət görülür.
Sizin
alnınız balaca, çənəniz enlidirsə üz formanız armudvari formadır. Bu formalı
xanımlar qısa və orta uzunluqda saç kəsiminə üstünlük verməlidir. Kəkili çəpinə
və ya düz kəsə bilərsiniz. Uzun bir yana daranmış kəkil də saxlaya bilərsiniz.
Çənəni örtən kəsimlərə üstünlük verin.
Hiç yorum yok:
Yorum Gönder