Həyatda hər kəsin müəyyən özəl günləri var.
Biz də insan olaraq sevdiklərimizin özəl günlərində onları sevindirmək, təəcübləndirmək
istəyirik. Bugün biz sizə sevdiklərinizin marağına səbəb olacaq gözəl və şirin gül dəstəsi bağlamağı öyrədəcəyik.
Bunun için bizə lazım olanlar bunlardır:
·
Qızılgüllər
·
Ağ balaca güllər
·
“Rafaello” konfeti
·
Uzun millər
·
Zərli ip
·
Qırmızı lent
·
Qırmızı dekor lenti
·
Buket bağlarkən istifadə olunan tül
·
Muncuqlar
·
Qırmızı yapışdırıcı lent
·
Qayçı
İlk öncə qırmızı dekor tüldən ürək formaları kəsirik.Sonra kəsdiyimiz formanın üzərinə zərli ip sarıyırıq.
Uzun milin üzərinə qırmızı yapışdırıcı lenti dolayıb uc tərəfini qarmaq formasında əyirik və formanı milə ilişdiririk.
Milin ucuna muncuq keçirib sonra da muncuqlar geri sürüşməsin deyə yapışdıcı lentdən maneə yaradırıq. Qırmızı dekor lentdən bant bağlayıb onu da milə bərkidirik. Konfetlərin üzərini lentlə bağlayırıq. Milin ucunu əyib konfeti milə keçiririk. Artıq gül dəstəsini yığmağa başlayırıq. Hazırladığımız dəstənin aralarına mildə olan konfet, ürək formalarını da əlavə edib qırmızı lentlə buketi bağlayırıq. Sürprizli gül dəstəmiz hazırdır.
Hiç yorum yok:
Yorum Gönder