Lazım olan ərzaqlar:
- Nazik fətir (yuxa)
- 0,5 kq ət farşı
- 2-3 ədəd pomidor
- 2 ədəd soğan
- 1-2 diş sarımsaq
Beşamel sous üçün:
- 2 stəkan süd
- 100 q kərə yağı
- 4 xörək qaşığı un
Üst qat üçün:
- 300 q Holland pendiri (sürtgəcdən keçirilmiş)
Hazırlanışı:
Tavaya duru yağ töküb ət farşını əlavə edirik. Azca duz vurub
ocaqda suyu çıxana qədər (3-4 dəqiqə) bişiririk. Sonra əti boşqaba töküb həmin
tavaya xırda doğranmış soğan, sarımsaq əlavə edib soğan saralana qədər
qarışdırırıq və ocaqdan gotürürük. Yenə həmin soğanın üzərinə bişirdiyimiz ət
farşını töküb xırda doğranmış pomidor əlavə
edib duz-istiotunu vurub 3-5 dəqiqə bişirib götürürük. Qiymə hazırdır.
Başqa qazançaya yağı töküb əridirik. Yag əriyəndən
sonra unu əlavə edib dayanmadan qarışdırırıq. Un azca qovrulanda yavaş-yavaş
südü əlavə edib yenə dayanmadan qarışdırırıq ki, un topaları qalmasın. Sous
azca qatılaşanda ocaqdan götürürük.
İstiliyə davamlı qab götürürük və onu
yaxşıca yağlayırıq. Fətiri qabın dibinə düzüb üstündən Beşamel sous çəkirik,
daha sonra qiyməni əlavə edirik. Sonra yenə yuxa, sous, qiymə. Ərzağımız bitənə
qədər bu işi görürük. Sonda isə fətir qoyub sous tökürük və üzərinə Holland
pendiri səpirik. Bu vəziyyətdə 10-15 dəqiqə qoyun kənarda qalsın ki, fətirlər
yumşalsın. Daha sonra sobada 180 dərəcədə 15 dəqiqə bişiririk. Üzəri qızaranda
sobadan çıxarırıq. Nuş olsun.
Hiç yorum yok:
Yorum Gönder