30 Nisan 2014 Çarşamba

Qurumuş saç uclarına effektiv çözüm.


Gözəl saşlar bütün qadınların arzusudur. Lakin bizə verilən bu gözəlliyi qorumaq lazımdır. Gündəlik saça fen çəkmək, düzgün qidalanmamaq, saç boyası və bu kimi səbəblər nəticəsində saç ucları quruyur, qırılır. Bunun qarşısını almaq üçün yaglı və normal saçları 3 ayda bir dəfə, quru saçları isə ayda bir dəfə kəsdirmək lazımdır ki, bu da xanımların istəmədiyi bir şeydir. Problemi  həll etmək üçün saça qulluq edən maskalardan istifadə edin. Maskalarla bərabər bir-neçə qaydaya riayət etməlisiniz ki, saçınızdakı dəyişikliyi hiss edəsiniz:
  • Saç ucunda quruluğu hiss edirik, amma maskanı bütün saça vurmaq lazımdır.
  • Fendən bacardıqca az istifadə edin.
  • Qırılan saç uclarını kəsdirin.
  • Saçı birbaşa günəş şüasından qoruyun.
  •  Saç ucu üçün olan maskanı həftədə 2 dəfədən artıq vurmayın.
Bugün sizə ev şəraitində hazırlanan bir-neçə belə maska resepti təqdim edəcəyik.

Yumurta maskası.1 x.qaşığı limon suyu,1 yumurta sarısı, 1 x.qaşı ğı bitki yağı və 0.5 stəkan isti suyu qarışdırıb saça cəkirik. Yarım saat başımızı dəsmalla büküb istidə saxlayırıq. Sonra əvvəl soyuq su ilə yaxalayıb, daha  sonra isə  limon suyu əlavə olunmuş (1 litr suya 1 x. qaşığı limon suyu) ilıq su ilə yuyuruq.


Yağ maskası.Zeytun, badam, kokos, gənəgərcək yağını su hamamında qızdırıb ilıq vəziyyətdə saç dibinə və saça çəkib başınızı selofanla bağlayın.Üzərindən  fendən isti hava üfürün (saçdan bir az aralı tutun ki, selofan əriməsin). Daha sonra selofanın üzərindən dəsmal bağlayıb 1 saat saxlayın və şampunla yuyun (yaxşı olarki başınızı limon suyu əlavə olunmuş su ilə yuyasınız). Onu da qeyd edək ki, bu maska saçda nə qədər çox qalsa o qədər yaxşıdır. Saç ucunun quruluğunu aradan qaldırmaq üçün hər dəfə saçınızı yumamışdan əvvəl saç ucuna bitki yağı çəkib 30 dəqiqə saxlayın və adi halda yuyun. Bunu ona görə etmək lazımdır  ki, şampunlar saçın üzərindəki yağ təbəqəsini yuyur və saçlar quruyur, amma əvvəldən saça yağ çəkdikdə isə quruluğun qarşısı alınır.


Maya maskası. 2 ç.qaşığı maya(droj), 0.25 stəkan qatığı qarışdırıb kənara qoyuruq. 30 dəqiqə kənarda qaldıqdan sonra maskanı saça çəkib başınızı dəsmalla bağlayın və 30 dəqiqə saxlayın və yuyun.


Xına maskası. 1 paket rəngsiz xınanı isti su ilə qarışdırırıq (xına sıyıq halına düşənə qədər). Bir müddət kənarda qalıb dəmləndikdən sonra sacınıza çəkib 30-40 dəqiqə gözləyin və şampunsuz yuyun.



Xama maskası.2 x.qaşığı xama ilə 1 x.qaşığı zeytun yağını qarışdırıb saça çəkirik və 1 saat saxlayıb şampunla yuyun.


Şaftalı maskası.Şaftalını sürtkəcin xırda gözündən keçirib alınan sıyıq formalı məhsulu  saça çəkib yarım saat saxlayıb şampunla yuyun.



Bal maskası.2 ç.qaşığı balı 1 stəkan qaynar su ilə qarışdırıb saçınızın ucunu həmin suya salın və 10 dəqiqə saxlayın. Saçı sonra yumaya da bilərsiniz.

24 Nisan 2014 Perşembe

YATAQ OTAĞI DEKORASYONU

Yataq otağı hər evdə ən özəl otaqdır və insan həyatında vacib rol oynayır. Çünki bütün günün yorğunluğunu  biz ancaq rahat yataqda yatarkən unuda bilərik. Yataq otağı bizim daxili dünyamızı əks etdirir. Ona görə də yataq otağının dekorasiyası zamanı ev sahibinin temperamenti, xarakteri, həyat tərzi nəzərə alınmalıdır. Əgər siz yataq otağınızı yeniləmək istəyirsinizsə onda ilk öncə otağı hansı stildə dekorasiya  etmək istədiyinizi düşünün. Hazırda yataq otağı dizaynında bir-sıra stillər mövcuddur:

“Art-decor” üslubu: Bu üslubda bahalı, dəbdəbəli bəzək əşyalarından, müxtəlif gözəl mebellərdən istifadə edilir. Divarları rəsm əsərləri, gözəl naxışlı divar kağızları bəzəməlidir. Çox sayda qızıl, gümüş, farfordan olan bəzək əşyalarından istifadə edə bilərsiniz. Otaqda hər sey dəbdəbəli olmalıdır: xrustal çil-çiraq, bahalı pərdə, gözəl yataq örtüsü və s. Bütün rənglərdən istifadə edə bilərsiniz əsas odur ki,bunu bir incəsənət gözəlliyi ilə seçə biləsiniz.
Minimalist” üslubu: Bu üslubda evə iri mebellər qoyulmur, çox az sayda dekor üçün olan əşyalardan istifadə olunur. Əsas diqqəti çarpayı özünə cəlb etməlidir (o da çox böyük olmamalıdır). Şkaf və şifonerlər olmamalıdır. Onların əvəzinə divar daxilinə yerləşdirilmiş şkaflardan istifadə edin. Minimalist üslubda pastel tonlardan istifadə edilməlidir. Ən çox 3 rəngdən istifadə edə bilərsiniz (2 rəng bir-birinə oxşar, digəri kontrans rəng olmalıdır).
“Country” üslubu: Bu üslub zamanı otaqda kənd həyatını xatırladan motivlər olmalıdır. Yataq otağındakı hər şey təbii olmalıdır. Mebellər köhnə effektini verməlidir. Pərdə və yataq örtüsü ipək, pambıq, yundan olmalıdır. Yerdə heyvan dərisi və ya yun qədimi xalça olmalıdır. Rəng seçimi əsasən açıq yaşıl, mavı, narıncı, sarı, ag rəng istifadə edə bilərsiniz. Bu üsluba əsasən şəhərin səs-küyündən bezən insanlar üstünlük verir.



“Yapon” üslubu: Bu üslubda mebel çox da iri olmamalıdır, otaqda lazım olan hər şey olmalıdır və hamısı da təbii materiallardan olmalıdır. Əsas element kimi sandıq, şkaf yerinə isə divar içinə yerləşdirilmiş  nişdən istifadə olunur. Çarpayı  hündür olmamalıdır döşəyi xatırlatmalıdır. Sakit tonlardan istifadə edilir, parlaq rənglər bu stil üçün deyil. 

22 Nisan 2014 Salı

İTALYANSAYAĞI TOYUQ BUDU.

Lazım olan ərzaqlar:
  • 4 toyuq budu
  • 200 q şampinyon göbələyi
  • 2 ədəd baş soğan
  • 150 q Holland pendiri
  • Duru yağ
  • Duz, istiot
Öncə toyuq budunun dərisini ətdən aralayırıq (cırmamaq şərtilə).
Sonra əti  sümükdən ayırıb xırda –xırda doğrayırıq. Doğranmış əti  yağlı tavada azca bişiririk (5 dəqiqə).Daha sonra soğanı və göbələyi də xırda doğrayırıq. Başqa tavaya əvvəl soğanı  tökürük, soğan saralmağa başlayanda göbələyi əlavə edib bişiririk.
Ən sonda ətlə göbələk və soğanı qarışdırıb duz, istiot töküb üzərinə sürtgəcdən keçirilmiş Holland pendiri əlavə edib dəriyə doldururuq.
Budu doldurduqdan sonra diş çöpü ilə bağlayıb, yağlı tavada qızardırıq. (Sobada da bişirə bilərsiniz.)
 
  
 Nuş olsun!!!

 

21 Nisan 2014 Pazartesi

AĞILLI GEYİNİN.

Bizim əhval-ruhiyyəmiz əksər hallarda necə görünməyimizdən asılı olur. İstənilən xanım güzgüdə özünə baxdıqda bədən quruluşunda müəyyən çatışmamazlıqlar və ya əksinə artıqlıqlar görür. Belə vəziyyət hətta ən gözəl görünən xanımlarda da baş verir, lakin ağıllı qadınlar bu eyibləri geyimlərini düzgün seçməklə gizlədə bilirlər. Bugün  biz sizə bu haqda bəzi  məsləhətlər verəcəyik.

ÇİYİNLƏR: Əgər sizin çiyin hissəniz yançaq hissənizdən böyükdürsə onda paltar seçərkən çalışın qolu dörddə üç uzunluqda olsun. Bu zaman diqqəti nazik biləklər özünə cəlb edəcək. Hərəkətli midi ətək geyməklə  “qum saatı”seluetinə qovuşacaqsız.
 
Çiyin hissəsi balaca olan xanımlar isə diqqəti çiyinlərinə çəkmək üçün paqonlu və ya həcmli qollari olan geyimlər seçməlidirlər. Boyun hissəsi qayıq formalı kəsimdə olan geyimlər də sizə kömək edə bilər.

SİNƏ: Sinəsi kiçik olan xanımlar asanlıqla V-obrazlı kəsimi olan, aşırmalı, dekolteli paltar geyməklə problemi həll edə bilərlər. Bundan əlavə ağ rəng, yaxası büzməli koftalar və düzgün seçilmiş alt paltarı çıxış yoludur.
 
Sinəsi  böyük olanlar alt paltarını düzgün seçməli və sıx toxunmuş parçalardan olan paltarlara üstünlük verməlidirlər. Tünd  rəngdə olan və printsiz koftalar geyinin. Yaxa kəsimi çalışın yumru olmasın, çünki belə kəsimlər sinənizi daha da iri görünməyinə səbəb olacaq.

BEL: Belinizin incə görünməyini  istəyirsinizsə bədənə oturumlu jaket, enli kəmər  və beli yuxarıdan olan şalvar və ətək geyinin.
 

YANÇAQ: Yançaqları iri olan xanımlar trapes formal ətəklərdən istifadə etsinlər. Bundan əlavə düz və enli ayaqlı şalvar geyinmək də olar. Enli kəmər taxmayın.Əgər  istəyirsinizsə nazik, bədəni sıxmayan kəmərdən istifadə edə bilərsiniz.

AYAQLAR: Qısa ayaqlı xanımlar sözsüz ki, dabanlı ayaqqabılardan istifadə etməlidirlər. Dəri rəngində olan ayaqqabılar, klassik qələm ətəklər, şaquli xəttli şalvarlar da ayağınızı visual olaraq uzun göstərəcək.
 
Ayaqlarının uzun olmasından şikayətlənən xanımlar üfüqi xəttli, iri şəkilləri olan geyimlərdən istifadə etsinlər. Ətək seçərkən dizə qədər olan istənilən ətəyi seçə bilərsiniz. Çanaqdan olan şalvarlar da ayaqlarınızı qısa göstərəcək.

20 Nisan 2014 Pazar

DÜNYANIN ƏN BAHALI OTELLƏRİ

-         
   Emirates Palace, Abu Dabi
Inşaası 3 milyarda başa gələn Emirates Palace 394 otaq və suit, 40 görüş və iclas zalı, ağ qumlu çimərliyi, hovuzlar, fantanlar, spa mərkəzləri, 13 ölkədən gətirilmiş mərmərlər, 1000 xrustal cil-ciraqlarla ağılları başdan alır. Emirates Palace ultra müasir ortamda Sultanlıq duyğusudur.
-          Mardan Palace Hotel, Turkiyə
Azərbaycanlı milyarder Telman İsmayılov tərəfindən tikilmiş bu otel 1.65 milyarda başa gəlib. Avropanın ən dəbdəbəli otellərinin önündə gəlir. Otelin həyətində yerləşən hovuz isə 1000 qonaq tutmaqla Aralıq dənizi ərazisindəki ən böyük hovuz adını qazanıb.
-          Burj Al Arab, Dubay
Valehedici görkəmi ilə dünyanın ən çox şəkili çəkilən bu otel möhtəşəm bir memarlıq əsəridir. Içərisindəki bütün otaqları dəb-dəbə və cah-cəlala bürünmüş Burj Al Arab sizə inanılmaz olan hər şeyi təqdim edir, istər göyün 7-ci qatında tenis kortu olsun, istər otelin damındakı vertalyot portu olsun. Gələcəyə səyahət Burj Al Arab oteli ilə mümkündür.
-          The Plaza, Nyu York
Baxmayaraq ki, Nyu York valehedici otellərilə məhşurdur, The Plaza, VİP-lərin ən çox etdikləri seçimdir. 1907-ci ildə tikilən bu oteldən Manhattanın möhtəşəm mənzərəsi  ürəkləri fəth edir.
-          Atlantis Paradise Island, Bahama
Itmiş əfsanəvi şəhərin şərəfinə tikilmiş Atlantis Paradsie İsland əsl cənnətməkandır. Lakin bu oteldə bütün diqqətləri üzərinə çəkən Royal Towers Bridge Suitdir- iki qüllənin mərkəzində yerləşən körpü üzərindəki möhtəşəm cah-cəlallı suit. Bu cənnət adasında yox yoxdur.